DÇ-2018-də 45 yaşlı qapıçı

Futbol üzrə Misir milli komandasının qapıçısı Əhməd Əl-Şenavi Rusiyadakı dünya çempionatında iştirak edə bilməyəcək.
 
27 yaşlı oyunçu dizindəki zədə ilə bağlı mundialdan kənarda qalacaq. Əl-Şenavi müayinə və müalicə üçün Almaniyaya gedəcək. Onun əvəzinə 45 yaşlı əlcək sahibi Essam Əl-Hadari dünya çempionatında forma geyinəcək.
 
Bu, baş versə, Əl-Hadari dünya çempionatları tarixində ən yaşlı futbolçu olacaq. Hazırda bu ünvan DÇ-2014-ə 42 yaşında ikən Kolumbiya yığmasının heyətində qatılmış Türkiyə "Qalatasaray"ının sabiq qapıçısı Fərid Mondraqona məxsusdur.
 
Qeyd edək ki, dünya çempionatı 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.
Tarix: 16 Aprel [18:20]
Oxunub: 150 dəfə
Müəllif: Aut.az

Ramil Şeydayev ilin ən yaxşı futbolçusu seçildi - FOTO

Aut.az

Bu futbolçuları göndərəcək

Aut.az

DÇ-2018-ə gələcək ilk komanda müəyyənləşdi

Aut.az

Dibala, İkardi, Pastore... - Argentinalıların taleyinə Messi qərar verəcək

Aut.az

"Beşiktaş"ın futbolçusu üçün mövsüm başa çatdı

Aut.az

24 ildən sonra gələn çempionluq

Aut.az

"Real"dan Məhəmməd Salaha fantastik təklif

Aut.az

Ukrayna krımlıları buraxmayacaq

Aut.az

“Bavariya” - “Real” oyununun hakimləri açıqlandı

Aut.az

Baş məşqçidən azarkeşlərə... - FOTO

Aut.az