Kamran Quliyev "Kapital Bank"ı "Sumqayıt"ın əlindən "alır"?

Riad Rəfiyevin gəlişindən sonra "Sumqayıt"ın yeni sponsor axtarışına çıxması, iki tərəfdaşla əlaqə qurması, biri ilə müqavilə bağlaması diqqət çəkir. İlk baxışdan normaldı. Çünki komanda avrokuboklara vəsiqə qazanmağa yaxındır və bu mənada yeni sponsorlara ehtiyac var. Lakin bu canfəşanlığın bir səbəbi də var.
 
Komandanın tərəfdaşlarından biri olan "Kapital Bank"la münasibətlərə son qoyula bilər.
 
Daha doğrusu, yayda tərəflər arasında müqavilənin yenilənməməsi qorxusu var. Bunun da səbəbi sözügedən bankın "Neftçi" ilə əməkdaşlıq etmək ehtimalıdır. İş ondadır ki, "Kapital Bank"ı "Sumqayıt"a cəlb edən sabiq prezident Kamran Quliyev olmuşdu. Quliyev isə hazırda "Neftçi"nin prezidentidir və deyilənə görə, sabiq tərəfdaşlarını da məhz yeni klubuna aparmaq istəyir. Yəni yayda "Kapital Bank" "Sumqayıt"la əməkdaşlığa son qoyub "Neftçi" ilə sponsorluq müqaviləsi bağlasa, qətiyyən təəccüblənməyin.(rekord.az)
Tarix: 16 Aprel [15:00]
Oxunub: 50 dəfə
Müəllif: Aut.az

Samir Əliyev "Səbail"də özü-özünə "torba" tikir

Aut.az

"Neftçi" AFFA-ya müraciət etdi

Aut.az

“Qarabağ” uduzdu

Aut.az

Yığmamız Rusiya ilə qarşılaşacaq

Aut.az

“Neftçi”nin futbolçuları öz anası, bacısı üçün oynamır

Aut.az

AFFA "Xəzər"i Premyer Liqaya buraxsa… Bu rayonu təmsil edəcək

Aut.az

Biri oyuna getmədi, biri meydanı tərk etdi - Azərbaycanda

Aut.az

"Qarabağ"ın futbolçusu Polşada rekordçu oldu

Aut.az

Kubokun final oyununun saatı açıqlandı

Aut.az

Qara Qarayev: "8 komanda olan yerdə inkişaf edirik desək, bir-birimizi aldadarıq"

Aut.az