Sərxan Abışov: "Məqsədimiz Moskvada ölkəmizi layiqincə təmsil etməkdi" - MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, "İdman Azərbaycan" kanalı Bakı Futbol Liqası (BFL) tərəfindən keçirilən turnirin qalibi olub. Ötən gün Vətən Akademiyasının stadionunda keçirilən mükafatlandırma mərasimindən sonra çempion komandanın üzvü Sərxan Abışov Fanat.Az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
 
- Bakı Futbol Liqasından təklif alandan sonra çempionatda iştirakımıza şərait yaratmaları üçün "İdman Azərbaycan" kanalının rəhbərliyinə müraciət etdik. Sağ olsunlar, bizə şərait yaratdılar, maddi və mənəvi dəstək oldular. Həddindən artıq güclü rəqiblər, sabiq futbolçulardan təşkil edilmiş, normal maaş alıb meydana çıxan futbolçular yarışda mübarizə aparırdı. Buna görə də işimiz həddindən artıq çətin idi. Komandanın formalaşması üçün Azərbaycan tanınmış futbolçularından olmuş Füzuli Məmmədova müraciət etdik. Nəticədə əla komanda, əla kollektiv yarada bildik.
 
- Necə nəfərdən ibarətdir komanda?
- Komandamız 18 nəfərdən ibarətdir. Gərgin keçən oyunlardan sonra "İdman Azərbaycan"ın komandası çempion ola bildi. Lakin işimiz bununla yekunlaşmır. May ayının 7-14-ü aralığında Moskvada keçiriləcək Dünya çempionatında iştirak etmək hüququ qazanmışıq. 
 
- Orada gedəcək heyətdə dəyişikliklər gözlənilir?
- Planımızda yeni transferlər var. 3 nəfəri heyətə cəlb eləməyi düşünürük, amma onların iş qrafiki ilə əlaqədar ola bilsin problem yarandı. Hazırkı heyətin oraya gedəcəyi isə dəqiqdir.
 
- Səfər xərcləri kimin üzərinə düşür?
- Bakı Futbol Liqası xərcləri öz üzərinə götürüb. Bizim öhdəmizə sadəcə gedib iştirak etmək düşür. Yarışda çox güclü komandalar iştirak edəcək. İtaliyadan "Latsio", Fransadan "Marsel", İsraildən "Makkabi (Təl Əviv), Rusiyadan "Spartak", "Zenit", ÇSKA, Cənubi Kipr çempionu "Anortosis", həmçinin Qazaxıstan, Hindistan, Qvineya, Afrika, Kanada, Cənubi Amerika ölkələrinin komandalarının iştirakı gözlənilir. 
 
- Perspektiv nədir?
- Keçən il Dünya çempionatında Azərbaycanın "Kristal" komandası yarışıb və qənaətbəxş çıxış ediblər. "İdman Azərbaycan" komandası 1-ci dəfədir Dünya çempionatına qatılacaq. Çox güclü rəqiblər var. Məqsədimiz çempion olmaq deyil, ölkəmizi və kanalı layiqincə təmsil etmək istəyirik.
Tarix: 16 Aprel [15:40]
Oxunub: 244 dəfə
Müəllif: Aut.az

Nazim Süleymanov hədəfini açıqladı: Avroliqaya vəsiqə...

Aut.az

“Mən futbolçunun saqqal saxlaması, namaz qılması haqda fikirləşməli deyiləm” – Qurban Qurbanov

Aut.az

“Futbolçularımızın əksəriyyətindən ciddi narahat və narazıyam” – Qurban Qurbanov

Aut.az

Ramin Quliyev: «Qurban Qurbanovun oğlu olduğu üçün Musanın kapitan seçilməsi haqqında deyilənlər boş söz-söhbətlərdi»

Aut.az

Qurban Qurbanov: "Sumqayıtda çempionluğu təmin etməyi hamımız istərdik"

Aut.az

Sərxan Abışov: "Məqsədimiz Moskvada ölkəmizi layiqincə təmsil etməkdi" - MÜSAHİBƏ

Aut.az

Emin Quliyev: “Şişiblər”, adam tanımırlar - MÜSAHİBƏ

Aut.az

Cavid Hüseynov Rasim Əliyevin öldürülməsi ilə bağlı ilk dəfə BÜTÜN GİZLİNLƏRİ AÇDI - MÜSAHİBƏ

Aut.az

“Qurban olmasaydı, 28 yaşımda karyeramı bitirmişdim” – Rəşad Sadıqov

Aut.az

Saşa Yunisoğlu: "40 yaşa qədər futbol oynaya bilərəm" MÜSAHİBƏ

Aut.az