Qurban Qurbanov daha bir futbolçunu cəzalandırdı

Elvin Yunuszadəni bağışlayan Qurban Qurbanov "Qarabağ”ın daha bir futbolçusunu cəzalandırıb.
 
Aut.Az sport7.az-a istinadən xəbər verir ki, Mahir Mədətov intizamsızlıq etdiyinə görə əsas heyətdən kənarlaşdırılıb. Mahir sonuncu dəfə "Keşlə” ilə oyunda əsas komandanın heyətində meydana çıxıb. "Səbail”lə oyunda isə Ağabala Ramazanov və Coşqun Diniyevlə birlikdə əvəzedicilərin 2:1 hesablı qələbəsində iştirak edib.
 
Mahirin əvəzedici komandaya göndərilməsi Ramil Şeydayevin yolunu açıb və "Kəpəz”lə oyundakı qələbə qolunun müəllifi bu şansdan lazımınca yararlanıb. Məlumata görə, Mahirin əvəzedici heyətə göndərilməsi bu komandanın baş məşqçisi Aftandil Hacıyev üçün də gözlənilməz olub.
 
Mahirin özü isə səhvini başa düşdüyünə görə taleyi ilə barışmalı olub. Mədətovun cəzalanmasının məşqə gecikməsiylə bağlı olduğunu bildirir. Son vaxtlar bu hal bir-neçə dəfə təkrarlandığından Qurban Qurbanov sərt addımlar atmağa məcbur olub.
 
Mahir Mədətovun nə vaxt əsas komandaya qayıdacağı məlum deyil.
Tarix: 16 Aprel [12:40]
Oxunub: 154 dəfə
Müəllif: Aut.az

Samir Əliyev "Səbail"də özü-özünə "torba" tikir

Aut.az

"Neftçi" AFFA-ya müraciət etdi

Aut.az

“Qarabağ” uduzdu

Aut.az

Yığmamız Rusiya ilə qarşılaşacaq

Aut.az

“Neftçi”nin futbolçuları öz anası, bacısı üçün oynamır

Aut.az

AFFA "Xəzər"i Premyer Liqaya buraxsa… Bu rayonu təmsil edəcək

Aut.az

Biri oyuna getmədi, biri meydanı tərk etdi - Azərbaycanda

Aut.az

"Qarabağ"ın futbolçusu Polşada rekordçu oldu

Aut.az

Kubokun final oyununun saatı açıqlandı

Aut.az

Qara Qarayev: "8 komanda olan yerdə inkişaf edirik desək, bir-birimizi aldadarıq"

Aut.az