Azərbaycan nümayəndə heyəti İsrailə deyil, Ermənistana səs verdi - RƏZALƏT

Dünən İrəvanda 23 yaşına qədər idmançılar arasında qılıncoynatma üzrə Avropa çempionatı başlayıb.
 
Azərbaycan millisi bu yarışda iştirak etmir.

Lakin maraqlı bir nüans məlum olub. Ermənistan millisinin baş məşqçisi Alik Navasardyanın sözlərinə görə, çempionatın harda keçiriləcəyi müəyyən olunarkən, Azərbaycan öz səsini yarışın keçirilməsinə daha bir namizəd olan İsrailə deyil, Ermənistana verib.

“Biz bu imkanı çətinliklə qazanmışıq“ - Navasardyan “Ermənistan xəbərləri” portalına deyib.
 
Sitat: “44 ölkədən 34-ü Ermənistanı dəstəklədi, digərləri İsrailə səs verdilər. Türkiyə və Azərbaycan səslərini Ermənistana verdilər. Lakin Azərbaycan komandası birincilikdə çıxış etməyəcək”.

2018-ci ildə 23 yaşına qədər idmançılar arasında Avropa çempionatının keçiriləcəyi yerin müəyyənləşdiyi Avropa Qılıncoynatma Konfederasiyasının konqresi 2016-cı ilin may ayında Polşanın Torun şəhərində baş tutub.
 
Məhz orda Azərbaycan Qılıncoynatma Federasiyasının təmsilçiləri, erməni məşqçiyə inansaq, İsrailə deyil, Ermənistana səs veriblər.
 
Beynəlxalq qılıncoynatma federasiyası virtualaz.org-un sorğusuna cavab verib. Bildirildiyinə görə, 2016-cı ildə Polşanın Torun şəhərində keçirilmiş konqresdə Azərbaycanı Yaşar Məmmədov və Fərhad Kazımov təmsil ediblər
 
Hazırda Y.Məmmədov federasiyanın məsləhətçisi, F.Kazımov isə federasiyanın vitse-preidenti vəzifələrində çalışırlar.
 
2017-ci ildə Yaşar Məmmədov federasiyadan xaric edilmişdi və bu, qurumun əvvəlki preidenti Nazim İbrahimovla münaqişədə başlanğıc nöqtəsi olmuşdu. Lakin sonradan rusiyalı oliqarx Alişer Usmanovun dəstəyi ilə Y.Məmmədov federasiyanın rəhbərliyinə qayıtmışdı.
 
Azərbaycan nümayəmndə heyəti Torundakı konqresdə səsini Avropa çempionatının keçirilməsinə namizədliyini irəli sürmüş İsrailə deyil, Ermənistana verib.
 
Yeri gəlmişkən, Yaşar Məmmədov özü də “Facebook”dakı səhifəsində Torundakı konqresdən fotoşəkil paylaşıb.
Tarix: 16 Aprel [12:20]
Oxunub: 94 dəfə
Müəllif: Aut.az

Ən çox qazanan futbolçu və baş məşqçi bəlli oldu

Aut.az

Azərbaycanlı boksçu "Çelsi"nin sabiq qapıçısı ilə döyüşəcək - FOTO

Aut.az

İranlı qadın ağırlıqaldıranlar ilk dəfə beynəlxalq yarışda

Aut.az

Ramil Şeydayev "Qarabağ"da qalacaq?

Aut.az

Azad Rəhimovu gözləyən təyinat və ya yeni nazir kim olacaq?

Aut.az

Tayson: "Ərdoğanla tanış olmaq istəyirəm"

Aut.az

Formula-1 azarkeşlərinə Bakıda şad xəbər

Aut.az

Çempion bəlli oldu - Azərbaycanda

Aut.az

İstintaqın gedişində sorğu-sual edilən və saxlanılan iki nəfərdən biridi

Aut.az

Ayağına 31 tikiş atıldı - FOTO

Aut.az