"İcra başçısı gəlib burnumu sındırdı, məni şillə-təpiyin altına saldı, sonra da…"

"Dünən gecə birin yarısında icra başçısı Vaqif Abdullayev və rəis Fizuli Şıxəliyev iş yerimə gəldi. İçəri girən kimi dəmir dirəkləri soruşdu. Dedim ki, şirkət aparıb və işçiniz Novruz müəllimə məlumat vermişəm. Başladı mənim var-yoxumu, valideynlərimi, ölümü söyməyə. Söyə-söyə burnuma zərbə vurdu. Məni şillə-təpiyin altına saldı. Rəisə dedi ki, bunu atın içəri yükləyin, tapançadan, narkotikdən qoyun cibinə getsin”.
 
Aut.Az xəbər verir ki, bu sözləri criminal.az saytına ötən gecə Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev tərəfindən döyüldüyünü deyən Rahil Əliyev bildirib.
 
Vaqif Abdullayev
 
R.Əliyev deyir ki, 2014-cü ildən Beyləqan şəhərindəki stadionda fəhlə işləyir. Oradakı çayxanada gündəlik qəpik-quruşla ailəsini dolandırır. Hazırda stadion ərazisində idman kompleksi tikildiyindən onun fəaliyyəti dayanıb. Ona görə də hazırda kompleksin tikintisini aparan şirkətin gözətçisidir. 
 
"Bir neçə gün əvvəl başçı gəlib stadionun bayraq dirəklərini mənə sökdürdü. Tapşırdı ki, 5 ədəd dirəyi inzibati binanın içərisinə yığım. Lakin prezident seçikilərinə görə stadionda konsert keçirildiyindən başçı tapşırıq vermişdi ki, həmin dirəkləri tikinti materiallarının içərisinə daşıyım. Mən də o deyəni etmişdim. Dünən axşamtərəfi işə gedəndə həmin dirəkləri yerində görmədim. Bələdiyyə sədri Novruz müəllimə zəng etdim. O da xəbərsiz olduğunu dedi. Sonradan öyrəndim ki, tikintini aparan şirkət dəmirləri kamaza yükləyərək aparıb. Gecə icra başçısı rəislə gələn kimi məndən dirəkləri soruşdu. Ona xəbərsiz olduğumu dedim. İşçisi Novruz müəllimə xəbər verdiyimi dedim. Bundan sonra başladı məni təhqir edib döyməyə. Məni vuranda qardaşım araya girdi, məni qucaqladı. Başçı əlindəki telefonla qardaşımı vurmaq istədi. Qardaşım başını əydi, telefon yerə düşərək qırıq-qırıq oldu. Bu kimdi axı? Nə olsun ki, icra başçısıdır… Niyə mənim şəxsiyyətimi, namusumu tapdalayır? Mənim 25 yaşlı şəhidimi niyə təhqir edir?" deyə R.Əliyev bildirib.
 
Rahil Əliyev 
 
R.Əliyevin sözlərinə görə, başçının əmri ilə qan içərisində onu və qardaşını şöbəyə gətiriblər. Orada sərxoşluq müayinəsindən keçirilib, qanından analiz götürmək istəyəndə isə etiraz edib:
 
R.Əliyevin qardaşı İlkin də criminal.az saytına açıqlamasında başçı V.Abdullayev tərəfindən hücuma məruz qaldıqlarını, təhqir olunduqlarını bildirib: "Mən də həmin tikintidə fəhlə işləyirəm. Hadisədən qabaq mənə zəng etmişdilər ki, stadionda oğurluq olub. Dedim ki, şirkət aparıb təmir üçün. Mənim sözümə inanmadılar. Gecə başçı gəldi, söyməyə başladı. Ona "söyüş söyməyin” deyəndə isə cavabımı aldım. Qardaşımın vurub burnunu sındırdı. Mənə telefonunu atdı, yerə düşüb sındı. Hazırda qardaşımdan xəbərim yoxdu. Çağırmışdılar barışıq olsun. Amma Rahil barışmaq istəmir, heç kimlə görüşmək istəmir”.
 
Fizuli Şıxəliyev
 
Məsələ ilə bağlı rayon Polis Şöbəsinin rəisi Fizuli Şıxəliyev icra başçısının gözətçini döyməsini təkzib etsə də, dəmir boruların yoxa çıxdığını təsdiqləyib: ‘‘Dəmir borular yoxa çıxmışdı. Sonradan məlum oldu ki, səhvən tikintini aparan şirkət götürüb. Dəmirləri də gətirib İcra Hakimiyyətinə təhvil verdilər. Döyülmə olmayıb”.
 
İş vaxtı bitdiyindən Beyləqan rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamaq mümkün olmayıb. 
Tarix: 15 Aprel [17:50]
Oxunub: 191 dəfə
Müəllif: Aut.az

Futbolpress.az 9 yaşında

Aut.az

Həbib valeh olduğu futbolçunun adını açıqladı

Aut.az

Şahmatçımız beynəlxalq turnirdə qalib oldu

Aut.az

Kadırovdan Nurməhəmmədov-Meyvezer döyüşü barədə bəyanat

Aut.az

Prezident idmana marağından danışdı

Aut.az

"Turkcell” "Topaz”ı satdı

Aut.az

Cavid Hüseynova dopinq cəzası - SİYAHI

Aut.az

Günün oyunları - TV

Aut.az

İlham Əliyev Olimpiya medalçılarını mükafatlandırdı

Aut.az

Günün oyunları - TV

Aut.az