"V1 Challenge Azerbaijan" yarışmasının qalibi bəlli oldu


Bakıda keçirilən "V1 Challenge Azerbaijan" yarışmasının qalibi 18 yaşlı Fransız pilot Anton Huber olub.

 
2-ci yerin sahibi Almaniya idmançısı Harald Müller, 3-cü yerin sahibi isə Livan idmançısı Abdo Feqali olub.
 
Qalib gələn fransalı pilot Anton Huber jurnalistlərə açıqlamasında yarışın gərgin keçdiyini bildirib: “Bu, mənim beynəlxalq yarışlarda ikinci təcrübəm idi. "V1 Challenge Azerbaijan" yarışı gözəl təşkil olunmuşdu. Belə gözəl təşkilatçılığa görə Azərbaycan Avtomobil Federasiyasına və federasiya rəhbərliyinə təşəkkür edirəm”.

A.Huber bildirib ki, ən gərgin görüşüm livanlı idmançı Abdo Feqaliyə qarşı oldu: "Çox sevinirəm ki, ona qalib gəlməklə finala vəsiqə qazandım. Mən “Formula 4” pilotuyam. Qazandığım təcrübədən istifadə edərək bu yarışın qalibi oldum".

Bakıya ilk dəfə səfər etdiyini diqqətə çatdıran Anton Huber burada gördüklərindən məmnun olduğunu bildirərək deyib: “Bakı haqqında məlumatım az idi. Sevinirəm ki, indi belə bir gözəl şəhərdəyəm. Artıq Azərbaycan haqqında xeyli məlumatım var. Gözəl ölkənizdə olmağımdan çox məmnunam".
 

Tarix: 13 Oktyabr [00:45]
Oxunub: 233 dəfə
Müəllif: Aut.az

Azərbaycanın əməkdar məşqçisi prezidentə müraciət etdi

Aut.az

"Keşlə" - "Sumqayıt" 2:1 - VİDEO

Aut.az

Arvadını döydüyü üçün həbs olunan idmançı: “Hər şey superdi...” - VİDEO

Aut.az

Putini nakauta salan qadın kimdir? - FOTOLAR

Aut.az

Həbib 550 min cərimə ödədi - 200 min də ödəyəcək

Aut.az

İlham Əliyevin əməkdar məşqçi ilə MARAQLI DİALOQU

Aut.az

Azərbaycan futbolunda itki

Aut.az

Dünya şokda: Erməni qadın idmançı "kişi" çıxdı - FOTOLAR

Aut.az

Süleymanov həbs edildi

Aut.az

Məmmədyarov və Rəcəbov dünya çempionatında iştirak etməyəcək

Aut.az