Kamran Quliyevin çirkin planı?!

AFFA-nın baş katibi Elxan Məmmədov Kamran Quliyevi "Sumqayıt”dan "Neftçi”yə "transfer” etməklə, "ağ-qaralar”da idarəetmə sistemini peşəkar səviyyəyə qaldırmağı düşünmürdü. Əsas məqsəd nəyin bahasına olursa-olsun, "Neftçi”nin avrokuboklara vəsiqə qazanmasını təmin edib, müəyyən müddətə də olsa, tənqidləri səngitmək idi. Təkrar edirik, nəyin bahasına olursa-olsun.
 
Bu missiyanı həyata keçirmək üçün həlledici məqam yetişib. Azərbaycan Premyer Liqasının 22-ci turunda "Neftçi” hazırda 3-cü pillədə qərarlaşmış "Sumqayıt”ı qəbul edəcək. "Ağ-qaralar” "Sumqayıt”dan 5, 4-cü pillədə olan "Zirə”dən isə 4 xal geridədi. "Zirə” 22-ci turda "Qəbələ” ilə qarşılaşacaq və xal itirmək ehtimalı olduqca böyükdü. Deməli, fürsətdən maksimum yararlanmaq lazımdı.
 
"Sumqayıt” klubuna yaxın mənbədən Komanda.az-a daxil olan məlumata görə, Kamran Quliyev artıq bu yöndə fəaliyyətə başlayıb. O, sabiq komandası "Sumqayıt”ın aparıcı futbolçuları ilə əlaqə saxlayaraq, onlara şirnikləndirici vəd verib. Quliyev futbolçulara bildirib ki, çempionat başa çatan kimi "Neftçi”yə transfer ediləcəklər. Mənbənin verdiyi məlumata görə, Bəxtiyar Həsənalızadə, Tural Axundov, Cavid İmamverdiyev, Amil Yunanov, Rəşad Eyubov və Azər Salahlıya yayda "Neftçi”də olacaqları barədə vəd verilib.
 
"Sumqayıt”la oyundan əvvəl rəqibin əsas futbolçularına belə bir vədin verilməsi isə yalnız bir məsələyə xidmət edə bilər. Kamran Quliyev ya onlardan "Neftçi” ilə oyunda güc sərf etməməyi tələb edib, ya da futbolçulara belə vəd verməklə, onların konsentrasiyasının pozulacağını planlaşdırıb.
Maraqlıdı ki, "Neftçi”nin artıq belə "ənənə”si var. "Ağ-qaralar” "Keşlə”nin sabiq futbolçularını - Mirhüseyn Seyidovla Nizami Hacıyevi belə vədlə "yandırıb” və həmin oyunçular futboldan ömürlük uzaqlaşdırılıblar
.
Görünür, Kamran Quliyev bu dərsdən nəticə çıxarmayıb, ya da bu dəfə məsələnin örtülü qalacağına əmin olub ki, sabiq klubunun aparıcı futbolçularını "yoldan çıxarmağa” cəhd göstərib.
 
Sayt itihamın ciddiliyini nəzərə alıb, məsələyə "Neftçi” tərəfinin münasibətini də öyrənmək istəyib. Amma Bakı klubunun mətbuat xidmətinin rəhbəri Anar Şabanoğlu bu barədə danışmaq istəməyib.
 
 
Tarix: 4 Aprel [14:40]
Oxunub: 373 dəfə
Müəllif: Aut.az

Elədi, “Gedin, sabah gələrsiz”!

Aut.az

"Turan Tovuz"un Müşahidə Şurasının yeni üzvləri təqdim olundu - FOTOLAR

Aut.az

Gəncədə yeni futbol komandası yaradıldı

Aut.az

Azərbaycan Premyer Liqası: 6-cı turun təyinatları açıqlandı

Aut.az

“Qarabağ” – “Zirə” matçının hakimləri bəlli oldu

Aut.az

"Sumqayıt"ın məşqçisi hakimi vurdu -10 oyunluq cəza aldı

Aut.az

AFFA Samir Abasovla Bordini cəzalandırdı

Aut.az

Qurban Qurbanov FİFA-nın sorğusunda kimə səs verib?

Aut.az

UEFA-dan “Qarabağ”a milyonlarla avro!

Aut.az

İsraildə doğulan futbolçu Azərbaycan millisində oynamaq istəyir

Aut.az