Ceyhun Sultanovun uşaqlıq arzusu

Səhv etmirəmsə, yeni əsrin ilk illəri idi. Yaxın qohumum özünə maşın almaq istəyirdi. Avtomobillərlə bağlı bilgim çox bəsit olsa da, ona “Sovet maşını alma, daha bundan sonra onlarda ancaq yük daşıyacaqlar” məsləhətini verdim. Cavabında QAZ-24 - “Volqa” alacam, uşaqlıq arzumdu” dedi. Day bundan sonra sözünün üstünə söz gətirmədim. Eh, uşaqlıq arzusu... Aldı “Volqa”nı, çatdı uşaqlıq arzusuna.
 
“Neftçi”nin idman direktoru Ceyhun Sultanov da uşaqlıq arzusuna yetib. Sultanov qənddandan qənd oğurladığı vaxtlarda, “Qəbələ”də oynayarkən hansısa “Petrolul” komandasının heyətində Soni Mustivar adlı futbolçu görüb, valeh olub onun oyununa. Üstündən illər keçəndən sonra, “Bakı”da menecer kimi işləyərkən uşaqlıq arzusunu gerçəkləşdirmək istəyib, uşaqlıq kumiri Mustivarı “zolaqlılar”a gətirməyə cəhd göstərib, amma alınmayıb.
 
Üstündən qərinələr keçəndən sonra (“Bakı”nın neçə il əvvəl dağıldığını da unutmuşuq az qala) uşaqlıq arzusunu gerçəkləşdirmək üçün Allah Sultanova qapı açıb. Keçmə gözəl Allahdan. Sultanov qəflətən “Neftçi”nin idman direktoru təyin edilib. Və axtarıb, axtarıb Mustivarı tapıb. Bir il imiş ki, ayağına top dəymirmiş yazığın. Axrıncı dəfə okeanın o tayında topa toxunub ayaqları.
 
Yaxın qohumum o “Volqa”nı iki il qarajda əzizləyə-əzizləyə, tozunu silə-silə saxladı. Sonra güc-bəla ilə dəyər-dəyməzinə satdı. İndi yəqin ki, kimsə o “Volqa” ilə kələm daşıyır. Eh, uşaqlıq arzusu...
“Neftçi” hər kəs üçün uşaqlıq arzusunu reallaşdırdığı klubdu. Arzularınız şirin olsun.
 
Natiq Muxtarlı  Komanda.az
Tarix: 29 Mart [13:30]
Oxunub: 305 dəfə
Müəllif: Aut.az

Böyük tumanın altındakılar

Aut.az

Ceyhun Sultanovun uşaqlıq arzusu

Aut.az

Ramin Musayevin “anekdot”u

Aut.az

“Neftçi”də oynamaqdansa...

Aut.az

Elxan Məmmədov məndən niyə qorxur?

Aut.az

Ey oğlan, biz qalibik!

Aut.az

Vurum sizin qolunuzu...

Aut,az

Məkanın dəyişdirməyəcəyi sevgi

Aut/az

Olmayan rayonun olmayan futbolu - YAZI

Aut.az

Qurban Qurbanovun uzun, incə yolu YAZI

Aut.az