İki futbolçu Türkiyə millisindən kənarlaşdırıldı

Futbol üzrə Türkiyə milli komandasının heyətində dəyişiklik olub.
 
Türkiyənin "Beşiktaş" klubunda çıxış edən Oğuzhan Özyakub və Almaniyanın "Borussiya"(Dortmund) komandasının şərəfini qoruyan Ömər Toprak zədə səbəbindən heyətdən kənarlaşdırılıb.
 
Oğuzhan Özyakub Türkiyə Superliqasının 26-cı turunda səfərdə "Başakşehir"ə 0:1 hesabı ilə uduzduqları qarşılaşmada zədələnib. Ömər Toprak isə Almaniya Bundesliqasının 27-ci turunda doğma meydanda "Hannover"lə oyunda xəsarət alıb.
 
 Bu iki futbolçunun yerinə Türkiyənin "Başakşehir" klubunun futbolçuları Mahmut Tekdemir və İrfan Can Kahveci yığmaya dəvət olunub.
 
Qeyd edək ki, Türkiyə milli komadası martın 23-də Şimali İrlandiya, martın 27-də isə Monteneqro yığmaları ilə yoldaşlıq matçı keçirəcək.
Tarix: 20 Mart [14:00]
Oxunub: 86 dəfə
Müəllif: Aut.az

“Fənər”in prezidenti tarixə düşəcək - “Qalatasaray”ın stadionunda

Aut.az

Rusiya sanksiya tətbiq etdi - “Qarabağ”ın rəqibinin fəxri prezidentinə

Aut.az

Nurlan Novruzov oynadı

Aut.az

"Qalatasaray" "Fənərbaxça"ya qarşı - BU GÜN

Aut.az

Dəniz Yılmaz oynadı

Aut.az

Ayaz Quliyevin komandası 1/4 finalda

Aut.az

Şeydayevin komandası kubokla vidalaşdı

Aut.az

Ozan Can oynadı

Aut.az

Azarkeşlər oyun zamanı qapıçını və baş məşqçini vurdu - FOTOLAR

Aut.az

Arvadına 2 milyonluq "Gelandewagen" aldı

Aut.az