Çempionlar Liqasının ilk 13 komandası müəyyənləşdi - SİYAHI

Çempionlar Liqasının 2018/19 mövsümünün I təsnifat mərhələsinin səbətləri açıqlanıb.
Yarışda iştirakı dəqiqləşən komandalar UEFA reytinqinə əsasən səbətini tanıyıb.
34 komandanın mübarizə aparacağı mərhələnin iştirakçılarından 13-ü bəllidir. Lakin bu komandalardan birinin hansı səbətdə yer alacağı bilinmir. Söhbət Farer adalarının çempionu “Vikinqur”dan gedir.
Digər çempionlardan 6-sı səpələnmiş, 6-sı səpələnməmişlər səbətindədir. Danimarka təmsilçisinin də səbəti məlumdur. Bu ölkədə qızıl medalı qazanacaq komanda dəqiqləşməsə də, həmin klub səpələnmişlərdən biri olacaq. Çünki bu ada iddiası qalanlardan ən aşağı reytinqlisi 5,190-a bərabərdir.
Qeyd edək ki, Azərbaycan çempionu dəqiqləşmədiyi üçün və təmsilçimizin əmsalı bilinmədiyindən hansı səbətdə yer alacağı da qeyri-müəyyəndir. Çempionun kimliyindən asılı olaraq, bu rəqəm 3,825-dən 20,500-ə qədər dəyişəcək.
Çempionlar Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər
“Astana” (Qazaxıstan) – 21,750
BATE (Belarus) – 20,500
“Şerif” (Moldova) – 14,750
“Malmö” (İsveç) – 14,000
“Rosenborq” (Norveç) – 9,000
HİK (Finlandiya) – 8,000
Danimarka çempionu – 5,190-34,000
Səpələnməmişlər
“Suduva” (Litva) – 2,000
“Kork Siti” (İrlandiya) – 1,750
“Spartak” (Yurmala, Latviya) – 1,750
“Valyur” (İslandiya) – 1,650
“Flora” (Estoniya) – 1,250
“Torpedo” (Kutaisi, Gürcüstan) – 1,000
Səbəti bəlli olmayan
“Vikinqur” (Farer adaları) – 3,000
Tarix: 19 Mart [17:00]
Oxunub: 74 dəfə
Müəllif: Aut.az

Qolovinin klubu müəyyənləşdi

Aut.az

"Barselona"nın ötən mövsüm əldə etdiyi gəlir açıqlandı - Rekord məbləğ

Aut.az

Useyn Bolt Avstraliyada futbolçu karyerasına başlayacaq

Aut.az

“Qarabağ”dan ayrıldı, Polşa klubuna keçdi

Aut.az

Müflis oldu

Aut.az

Kaseres “Vilyarreal”da

Aut.az

Ermənistan millisinin üzvü La Liqa klubunda

Aut.az

“Mançester Yunayted”dən “Ayaks”a

Aut.az

“Hakken”dən “Ankaragücü”nə

Aut.az

Avroliqada ilk qaliblər bəlli olur - BU GÜN

Aut.az