Erman Toroğlu azərbaycanlı azarkeşdən danışdı

Türkiyənin tanınmış idman yazarı Erman Toroğlu "Beşiktaş"ın baş məşqçisi Şenol Günəşi "Başakşehir"lə Superliqanın XXVI tur matçında meydana buraxdığı heyətə görə tənqid edib. 
 
"A Spor"un canlı efirində fikirlərini bölüşən keçmiş futbolçu və hakim Günəşin "11-liy"inin bir işə yaramadığını bildirib. O, 66 yaşlı mütəxəssisin Almaniya "Bavariya"sı ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda meydana çıxmış futbolçulara istirahət verməsinə etiraz edib: "8 futbolçunu oynatmadın. Halbuki "Bavariya" İstanbula ilk oyundakı əsas heyət üzvlərindən 8-ni gətirib oynatdı. Rəqibə, öz futbolçuna hörmətlə yanaşmaq lazımdır. "Beşiktaş" - "Bavariya" matçını dünya izləyir. O futbolçular da belə oyunlar üçün hazırlanır". 
 
Toroğlu daha sonra bir əhvalat nəql edib: "Keçən dəfə biri ilə danışırdım. Azərbaycandan dostu gəlib. "Beşiktaş"ın start heyətini gördükdə, "Mustafa Pektemekimi izləyəcəyəm?" deyərək, oyuna getməkdən imtina edib. Baxın, sizə misal çəkdim. Dostlar, bir az sayqı göstərin. Bu komandanı bu futbolçular gətirib "Bavariya"ya rəqib etdilər. O zaman onları oynatın, istirahət verməyin. "Beşiktaş" azarkeşi bundan qəzəblənib. "Başakşehir" azlıqda oynasa da, "Beşiktaş" yenə məğlubiyyətdən qurtula bilmədi. Bunları tamaşaçı görür. Komandada nə nizam-intizam var, nə başı bilinir, nə də arxası. "Beşiktaş"lı futbolçular "Bavariya" ilə oyunu gözləyirdilər. Onları motivasiya edən bu idi. 8 nəfər oynamayınca xəstəlik tapıblar. Mən də olsaydım, xəstəliyə düşərdim". 
 
Qeyd edək ki, "Beşiktaş" səfərdə "Başakşehir"ə 0:1 hesabı ilə uduzub. 62-ci dəqiqədən sonra meydan sahibləri bir futbolçusunun qırmızı vərəqə alması səbəbindən azlıqda oynayıblar.
Tarix: 19 Mart [15:40]
Oxunub: 76 dəfə
Müəllif: Aut.az

“Fənər”in prezidenti tarixə düşəcək - “Qalatasaray”ın stadionunda

Aut.az

Rusiya sanksiya tətbiq etdi - “Qarabağ”ın rəqibinin fəxri prezidentinə

Aut.az

Nurlan Novruzov oynadı

Aut.az

"Qalatasaray" "Fənərbaxça"ya qarşı - BU GÜN

Aut.az

Dəniz Yılmaz oynadı

Aut.az

Ayaz Quliyevin komandası 1/4 finalda

Aut.az

Şeydayevin komandası kubokla vidalaşdı

Aut.az

Ozan Can oynadı

Aut.az

Azarkeşlər oyun zamanı qapıçını və baş məşqçini vurdu - FOTOLAR

Aut.az

Arvadına 2 milyonluq "Gelandewagen" aldı

Aut.az