Renat Dadaşov "Ayntraxt"dan qovuldu

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov üzvü olduğu Almaniyanın “Ayntraxt” klubundan qovulub.
 
Buna futbolçunun intizamsızlığı səbəb olub. Bu barədə məlumatı Almaniya mətbuatı yayıb.
 
Belə ki, əvvəllər də intizamsızlığa yol vermiş gənc forvardın bu dəfə komanda yoldaşı ilə dalaşması onunla bağlı qəti qərarın verilməsinə səbəb olub. Frankfurt təmsilçisinin gənc futbolçular üzrə şöbəsinin rəhbəri Armin Kraaz yerli mətbuata açıqlamasında Renatın bundan sonra məşqlərə buraxılmayacağını deyib:
 
“Onu intizamsızlığına görə komandadan kənarlaşdırdıq. Renat məşqlərə buraxılmayacaq. Yeni baş məşqçi ona bir şans daha vermişdi. Lakin ona artıq heç bir şans verilməyəcək”. 
 
Xatırladaq ki, Renat "Ayntraxt"ın gənclərdən ibarət komandasında çıxış edirdi. Əvvəllər Almaniyanın aşağı yaş qrupları üzrə milli komandalarında çıxış etmiş gənc hücumçu, ötən il yığmamızı seçmişdi. 
Tarix: 19 Mart [14:30]
Oxunub: 45 dəfə
Müəllif: Aut.az

Məhəmmədə görə oyunların vaxtı dəyişdirildi

Aut.az

Ərdoğan qalmaqallı derbidən danışdı

Aut.az

Şenol Günəş danışdı: "Canım deyil, içim ağrıyır"

Aut.az

3 türk futbolçu Premyer Liqada

Aut.az

İbrahimoviç DÇ-2018-də iştirak etməyəcək - RƏSMİ

Aut.az

Arda Turan ata olur

Aut.az

“Fənərbaxça”ya texniki məğlubiyyət veriləcək

Aut.az

Mohammed Salah: "Roma" fanatlarını sevirəm"

Aut.az

Xoruza bənzədilən erməni baş məşqçi qovuldu

Aut.az

“Arsenal”da Arsen Venger dövrü sona çatdı!

Aut.az