Nazirin qardaşı oğluna maşın təklif edildi

Ziya Məmmədovun qardaşı oğlunun şikayətçi olduğu şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.
 
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəməsi davam edib.
 
İşə hakim Azər Paşayevin sədrliyi ilə baxılıb. İş üzrə zərərçəkmiş şəxs sabiq nazir Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovdu.
 
Məhkəmədə məlum olin ki, zərərşəkmiş Elnur Məmmədov prosesə gəlməyib. Hakim zərərçəkmişdən dəymiş ziyanın ödənilib-ödənilmədiyini soruşub. Rövşən Heybətovun vəkili Vasif İsarfilov söyləyib ki, dəymiş ziyanın əvəzinə Elnur Məmmədova maşın təklif edilib.
 
Məhkəmə ötən prosesdə "Zaminbank"ın "Mərkəz" filialının müdiri olmuş Nadir İsmayılovun məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərar çıxarmışdı. Amma N.İsrafilov məhkəməyə gəlməyib.
 
Sabiq deputatın oğlu Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək 100 min manat pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib.
 
Rövşən Heybətov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib və 5 ay həbsdə qalıb. Daha sonra isə ev dustaqlığına buraxılıb.
 
Sabiq deputatın oğlu E.Məmmədov R.Heybətova 100 min manat verdiyini və Türkiyədə iş görmək üçün yola saldığını deyib.
 
Rövşən Heybətov isə Türkiyədə avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Həmin zaman isə pulun üzərində olmadığını görüb. 
 
E.Məmmədov isə buna inanmayaraq R.Heybətovdan şikayətçi olub. İstintaqda Elnur Məmmədov məbləğin 210 min dollar olduğunu deyib. Rövşən Heybətov isə 150 min ödədiyini deyir.
 
Elnur Məmmədov "Best of the Best" promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub.
Tarix: 16 Mart [17:00]
Oxunub: 165 dəfə
Müəllif: Aut.az

Olimpiya çempionumuzun qardaşı faciəyə səbəb oldu: özü və 33 yaşlı qadın öldü - VİDEO

Aut.az

Günün oyunları – TV

Aut.az

Rusiya millisi kuryoz hadisə ilə üzləşdi

Aut.az

Milli Olimpiya Komitəsinin prezidenti istefa verdi

Aut.az

Günün oyunları – TV

Aut.az

Zabit Səmədov əməliyyat olundu

Aut.az

7,6 milyonluq üzüklə məşqə çıxdı - FOTOLAR

Aut.az

Günün oyunları – TV

Aut.az

Nurlanə Əhmədovanın ölümü ətrafında müəmma

Aut.az

Gülay Zeynallıdan Kamil Zeynallının həbsi ilə bağlı açıqlama

Aut.az