İran ABŞ-da keçiriləcək Dünya Kubokunda iştirakdan imtina etdi

İran ABŞ-ın Ayova şəhərində keçiriləcək sərbəst güləş üzrə Dünya Kubokunda iştirakdan imtina edib.
 
Dünya Güləş Birliyi (UWW) İran yığmasının yarışa qatılmaycağını təsdiqləyib. İmtinaya səbəb İranın Ahvaz şəhərində yunan-Roma güləşi üzrə dünya çempionatının keçirilməsinə icazənin verilməməsidir.
 
UWW dünya çempionatının yazda deyil, payızda baş tutmasını tələb edib. İran tərəfi isə bildirib ki, beynəlxalq və daxili yarışlar üçün təqvim təsdiqlənib və dəyişdirilə bilməz.
 
Qeyd edək ki, ABŞ-dakı Dünya Kuboku 7 – 8 apreldə keçiriləcək. İran yığması ABŞ, Gürcüstan və Yaponiya komandaları ilə A yarımqrupunda yarışmalı idi. Azərbaycan millsi isə Kuba, Qazaxıstan və Rusiya kollektivləri ilə B yarımqrupunda yer alıb. Firdovsi Umudovun rəhbərlik etdiyi komanda aprelin 7-də Kuba və Qazaxıstanla, aprelin 8-də isə Rusiya ilə yarımqrup görüşlərində qarşılaşacaq.
 
Azərbaycan yığması ötənilki analoji yarışı 3-cü yerdə başa vurub. Buna qədər isə sərbəst güləş yığması iki dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunun sahibi olub.
Tarix: 16 Mart [14:20]
Oxunub: 115 dəfə
Müəllif: Aut.az

Ölü tapıldı

Aut.az

Tayson Daşkənddə lüks yaşayış binası aldı

Aut.az

Püşk atıldı - Koreyalılar Bakıda birləşəcək

Aut.az

Günün oyunları - TV

Aut.az

190-dan çox ölkədə yayımlanacaq - Bakıdakı dünya çempionatı

Aut.az

2021-ci il dünya çempionatı Avstriyada

Aut.az

Ata və oğul birləşib idmançını öldürdü - Sumqayıtdakı qətlin təfərrüatı - FOTO

Aut.az

Azərbaycan millisinin üzvü dopinqdə ilişdi

Aut.az

Günün oyunları - TV

Aut.az

Məmurların rəhbərlik etdiyi federasiyalar: Kim nə işlə məşğuldu?

Aut.az