Tərlan Əhmədov: "Derbi adı futbolçularda istər-istəməz həyəcan yaradırdı"

Topaz Premyer Liqasının 20-ci turunda evdə "Qarabağ”la heç-heçə edən (0:0) "Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Əhmədov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
 
-Hər iki komandanın ifasında gözəl oyun izlədik. Futbolçulara rəhbərlik adından təşəkkür etdik. Bu oyunda təkcə qol çatışmadı. Məncə, nəticə ədalətli idi. Qol epizodları yaratsaq da, istifadə edə bilmədik. Bir xal da qənaətbəxşdir. Oyundan-oyuna artırırıq. Azarkeşlərimizə təşəkkür edirəm. Fikrimcə, qol olmasa da, hər birimiz bu oyundan zövq aldıq.
 
- "Neftçi”nin oyun ərzində 4-5 real qol epizodu olsa da, istifadə edə bilmədi...
- Bu oyunda olan ajiotaj futbolçulara da təsir edirdi. Son 3 turda 6 qol vurmuşuq, ancaq qollar da buraxmışıq. Bu gün isə hiss etdim ki, futbolçularda həyəcan var idi. Məncə, elə 0:0 əsl ədalətli hesab oldu. Çünki rəqib oturuşmuş komandadır. Derbi adı futbolçularda istər-istəməz həyəcan yaradırdı.
 
- Sanki komandada son 3 oyunda partlayış oldu. Nə dəyişdi?
- Tənqid həmişə olmalıdı. Sadəcə, mən bilirdim ki, işi düzgün qurmuşuq. Heç bir komanda təlim-məşq toplanışından tam hazır gəlmir. İstər-istəməz yorğunluq olur. Bilirdim ki, bir neçə tura komanda öz oyununu tapacaq. Bu gün bir daha göstərdi ki, biz düzgün yoldayıq. Ola bilsin, rəhbərlik dəyişikliyinin də rolu var. Bunu "Sumqayıt”la oyunda gördüm. Bu gün "Neftçi”ni qaldıra biliriksə, deməli, düzgün yoldayıq. Futbolçularıma təşəkkür edirəm.
 
- Hücumçuların oyunu sizi qane edir?
- Son 3 turda qollar vurmuşuq. Bu gün qol vurmasaq da, qol fürsətləri əldə etdik. Ancaq bu o deməkdir ki, yaxşı oyun sərgiləyirik. Yəni əsas odur ki, hücum edə bilirik.
 
- Emin Mahmudovun oyununu necə dəyərləndirirsiz?
- Onun zədəsi var idi. Onun bu gün meydana çıxması sual altında idi. Ancaq mən şans verdim. Gələn oyunda isə sarı vərəqəyə görə meydana çıxa bilməyəcək.
 
- Əvvəllər Lukas Qomesə start heyətində şans verib, Mirabdulla Abbasovu son dəqiqələrdə meydana buraxsaz da, son oyunlarda əksini edirsiz. Buna səbəb nədir, Lukas hazır deyil?
- Qomesin atası rəhmətə gedib. Onun atası uzun müddət komada yatıb. Bu "Qəbələ” ilə oyundan öncə olub. Həmin oyundan öncə bizim xəbərimiz var idi. Həyat yoldaşı bizim tərcüməçiyə məlumat vermişdi. Bu cür hallar futbolçuya mənfi təsir edir. Ancaq artıq özünə gəlir. Bundan öncə Mirabdullanın çıxış etdiyi oyunlarda qalib gəlmişdik. Onun haqqını yeyə bilmərəm. Buna görə də ona start heyətində şans verdim. (Report)
Tarix: 14 Mart [21:18]
Oxunub: 58 dəfə
Müəllif: Aut.az

“Qarabağ” mövqeyini qorudu, “Qəbələ” irəlilədi

aut.az

"Qarabağ"la "Zirə" xal itirdi, "Sumqayıt" üçüncü pillədə

aut.az

Tərlan Əhmədov: "Derbi adı futbolçularda istər-istəməz həyəcan yaradırdı"

aut.az

Qurban Qurban: "O, zədə aldığından milliyə kömək edə bilməyəcək"

aut.az

Ceyhun Sultanov "Qarabağ"ın bu futbolçusunu "Neftçi"yə gətirmək istəyir

aut.az

Premyer Liqa klubları "birincilər"ə toy tutdu

aut.az

"Qarabağ"dan möhtəşəm nəticə: "Atletiko"nu uddu

aut.az

Millimizin Çexiya və Almaniya ilə oyunlarına təyinatlar açıqlandı

aut.az

"Qarabağ" minimal hesabla məğlub oldu

aut.az

Tahir Gözəl: "İlklərə daha birini əlavə etmək istəyirik"

aut.az