Qurban Qurban: "O, zədə aldığından milliyə kömək edə bilməyəcək"

Topaz Premyer Liqasının 20-ci turunda səfərdə "Neftçi” ilə bərabərə qalan (0:0) "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Qurbanov əvvəlcə matçla bağlı fikirlərini bildirib:
 
- Maraqlı oyun alındı. Bircə qol çatışmadı. Ancaq çempionatın ən sürətli oyunu oldu. Həm toplu, həm də topsuz hər iki komanda çox aktiv oyun sərgilədi. "Neftçi” yaxşı forma yığıb. Bu komandaya uğurlar arzulayıram. Azarkeşlər də sona kimi komandalarını dəstəklədilər. Komandamın oyunundan razı qaldım.
 
- Sanki Şehiç rəqibi öz üzərinə çəkməyə çalışırdı...
- Bizim bütün oyunlarda belə olur. Ola bilsin, bəzi ötürmələr alınmadı. Biz həmişə çalışırıq ki, Şehiç rəqib hücumçuları öz üzərinə çəksin.
 
- İkinci hissədə "Qarabağ”ın verilməyən penaltisi var idi. Bu barədə Ramil Şeydayevlə danışdız?
- Belə hallar olur. Bu barədə əlavə danışmağa ehtiyac yoxdu.
 
- Komanda sanki ikinci hissədə geriyə oturdu.
- "Neftçi”nin oyununu qeyd etməliyik. Sona kimi tempi aşağı salmadılar. Qalib gəlmək istəyirdilər. Rəqib bizə imkan verdiyi qədər oynadıq. Rəqib çox istəkli idi. "Neftçi” üçün də çətin anlar oldu.
 
- Çempionatın səviyyəsi barədə fikirlərinizi bildirərdiz.
- Yaxşıdı. Qış fasiləsindən sonra komandalar yaxşı təsir bağışlayır. Çempionatın ikinci yarısı daha fərqlidir.
 
- "Trabzonspor”un Ramil Şeydayevi geri qaytarmaq planı olduğu deyilir...
- Bu məsələyə mövsümün sonunda baxacağıq. Hələ ki, bu barədə düşünmürük. Buna vaxtımız olacaq. Məncə, həm biz, həm də Ramil bu barədə düşünüb doğru qərar verməlidi.
 
- Ufuk Budak milliyə dəvət olunub?
- Bəli, dəvət olub, ancaq zədə aldığından milliyə kömək edə bilməyəcək.
 
- Millinin heyəti nə vaxt açıqlanacaq?
- İnşallah, "Sumqayıt” - "Kəpəz” oyunundan sonra. Həmin matçdan sonra heyəti tam müəyyənləşdirəcəyəm. Bu oyuna canlı baxa bilməsəm də, evdə izləyib son qərarı verəcəm.
 
- Millidə sürpriz adlar olacaq?
-Bəli, yeni futbolçular olacaq. Bəzi dəyişikliklər edəcəm. ("Report")
 
Tarix: 14 Mart [21:16]
Oxunub: 100 dəfə
Müəllif: Aut.az

“Qarabağ” mövqeyini qorudu, “Qəbələ” irəlilədi

aut.az

"Qarabağ"la "Zirə" xal itirdi, "Sumqayıt" üçüncü pillədə

aut.az

Tərlan Əhmədov: "Derbi adı futbolçularda istər-istəməz həyəcan yaradırdı"

aut.az

Qurban Qurban: "O, zədə aldığından milliyə kömək edə bilməyəcək"

aut.az

Ceyhun Sultanov "Qarabağ"ın bu futbolçusunu "Neftçi"yə gətirmək istəyir

aut.az

Premyer Liqa klubları "birincilər"ə toy tutdu

aut.az

"Qarabağ"dan möhtəşəm nəticə: "Atletiko"nu uddu

aut.az

Millimizin Çexiya və Almaniya ilə oyunlarına təyinatlar açıqlandı

aut.az

"Qarabağ" minimal hesabla məğlub oldu

aut.az

Tahir Gözəl: "İlklərə daha birini əlavə etmək istəyirik"

aut.az