AFFA hakimin döyüldüyü oyunla bağlı qərar verdi - VİDEO

Bu gün keçirilən AFFA İntizam Komitəsinin (İK) iclasında bütün liqaların ötən turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib. Region Liqanın qalmaqallı "Gənclik” – "Füzuli” matçı ilə bağlı sərt qərarlar verilib.
 
Belə ki, qarşılaşmanın 90+1-ci dəqiqəsində ev sahiblərinin azarkeşləri meydançaya daxil olduqları üçün oyun yarımçıq dayandırılmışdı. Görüş tam başa çatmadığından, "Gənclik” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.
 
Həmin dəqiqədə aqressiv davranışa, hakimə qarşı fiziki təsir göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan "Gənclik”in futbolçusu Amid Zeynalov 10 oyunluq cəzalandırılıb.
 
Eyni zamanda hakimi təhqir etdiklərinə görə meydandan kənarlaşdırılan meydan sahiblərinin oyunçuları Elman İsgəndərov və Fərid Ağabəyli 4 oyunluq diskvalifikasiyaya məruz qalıb.
 
Qeyd edək ki, "Gənclik” (Sabirabad) - "Füzuli" oyununun son dəqiqələrində ara qarışıb. "Gənclik” komandasının qapısına penalti təyin edilməsinə etiraz edən azarkeşlər stadiona daxil olublar və penaltinin vurulmasına imkan verməyiblər. Azarkeşlər hakimi meydandan çıxarıblar. Beləliklə, hesab 1-1 olarkən oyun yarımçıq dayandırılıb. 

 
Tarix: 14 Mart [13:40]
Oxunub: 125 dəfə
Müəllif: Aut.az

Sumqayıtda "Topaz" işçisini öldürənlər - VİDEO

Aut.az

“Qarabağ”dan tarixi uğurla bağlı təsirli paylaşım - VİDEO

Aut.az

Neymarın cangüdəni UFC döyüşündə nokautla uduzdu - VİDEO

Aut.az

Belə zədələnən futbolçu görmüşdünüz? - VİDEO

Aut.az

Nasimovdan dubl, Nasimovdan dubl, "Keşlə" "Qarabağ"ı məğlub etdi - VİDEO

Aut.az

Ruhin Əliyevin yetirmələrindən növbəti qələbə - VİDEO

Aut.az

Musa Qurbanlıdan SUPER QOL - VİDEO

Aut.az

Əlini sıxmadı - FOTO/VİDEO

Aut.az

“Hoffenhaym” - “Lion” 3:3 - VİDEO

Aut.az

"Dedovşina" - VİDEO

Aut/az