Abbaszadəylə Abbasova qoyulan müəmmalı qadağa

Ötən ilin sonunda I divizion klubu “Xəzər”in baş meneceri təyin olunan Gündüz Abbaszadə buna qədər çalışdığı “CBC Sport” telekanalından ayrıla bilər. Təyinat rəsmiləşən vaxt Abbaszadənin paralel olaraq telekanalda şərhçiliyə davam edəcəyi açıqlansa da, bunun şahidi olmuruq.
 
Belə ki, onun bu addımı “CBC Sport” rəhbərliyinin ürəyincə olmayıb. Nəticədə Abbaszadə son vaxtlar Azərbaycan çempionatı ilə yanaşı, əvvəllər şərhçilik etdiyi İtaliya A seriyası və Türkiyə Kubokunun görüşlərinə də “təyinat almır”.
 
Apasport.az məsələ ilə bağlı telekanalın rəhbəri Volkan Üstün münasibətini öyrənməyə çalışıb. O, saytın əməkdaşının zənginə cavab versə də, nə ilə bağlı əlaqə saxladıqlarınə öyrəndikdən sonra səsi eşitmədiyini bildirərək, dəstəyi asıb. Gündüz Abbaszadə isə bu haqda danışmaq istəmədiyini bildirib: “Hələlik bu haqda danışmaq fikrim yoxdu”.
 
Maraqlıdı ki, buna qədər “CBC Sport”un başqa əməkdaşları paralel olaraq digər yerlərdə çalışsalar da, telekanaldakı fəaliyyətlərini davam etdiriblər. Elə indinin özündə də AFFA-da, digər federasiyalarda çalışanlar müxtəlif verilişlərə aparıcı kimi qatılır, şərhçilik edirlər. Belə olan halda, Gündüz Abbaszadəyə “Xəzər”ə gedişindən sonra qadağa qoyulması müəmmalı qalıb.
 
Eyni qadağa Emin Abbasova da qoyulub. Bildiyimizə görə, onların hər ikisi haqda hökmü Üstün ağası, AFFA-nın baş katibi Elxan Məmmədov verib. Cütlüyün AFFA-nın deyil, müstəqil iş adamlarının maliyyələşdirdiyi kluba yollanması Məmmədovun xoşuna gəlməyib. Baş katib bu qəzəbini son mətbuat konfransında da bildirdi. O, bu şəxslərin kluba yollanmasının mətbuatda qabardılmamasından gileyləndi.
Tarix: 14 Mart [15:20]
Oxunub: 119 dəfə
Müəllif: Aut.az

“Zirə” “Neftçi”yə uduzdu

Aut.az

Bordinlə Abasov qovuldu

Aut.az

Maksim Medvedevin durumuna aydınlıq gəldi

Aut.az

Azərbaycan millisindən biabırçı məğlubiyyət

Aut.az

Ünal Karamandan Ramil Şeydayev açıqlaması

Aut.az

Emin Abbasov yeni vəzifədə

Aut.az

"Qarabağ" – "Arsenal" oyununa nə qədər bilet satılıb?

Aut.az

"Sabah" "Səbail"ə, "Neftçi" "Zirə"yə qarşı - BU GÜN

Aut.az

"Azərbaycanda kazino olmadığı üçün özümü sakit hiss edirdim"

Aut.az

SOS: Azərbaycan çempionatında “danışılmış oyun”? - FOTO

Aut.az