“Neftçi” Kamil Məmmədovun geyimlərindən də imtina edir

“Neftçi” dünən idman geyimlər təminatçısı olan şirkətləri rəsmi tenderdə iştirak etməyə dəvət etdi. Bu, yeni rəhbərliyin gözlənilməz, həm də maraqlı qərardı.
 
Tenderdə qalib gələcək şirkət klubun əsas və əvəzedici komandalarının 2018/19 mövsümü üçün rəsmi idman geyimlərini təmin etmək hüququnu qazanacaq. Tenderdə iştirak edəcək şirkətlər təkliflərini qapalı zərf şəkilində aprelin 2-nə kimi klubun rəsmi ünvanına göndərməlidirlər.
 
Bu xəbər göstərir ki, klub Kamil Məmmədovun xidmətindən birdəfəlik imtina etmək istəyir. “Neftçi”ni əcnəbi transferləri ilə çətin vəziyyətə salan, gətirdiyi bütün legionerlər artıq yük olan menecer birdəfəlik ofsayda salınacaq. Son olaraq meydana çıxarılası durumda olmayan Mayk Kampası bakılılara sırıyan və bu qalmaqala görə başı ağrıyan Məmmədov, klubda rəhbər dəyişikliyinin də səbəbkarı olmuşdu.
 
Kamil klubu geyim dəstləri ilə təmin edən “Kappa”nın da rəsmi nümayəndəsidi. Həm kluba orijinal olmayan, keyfiyyətsiz mallar gətirir, həm də sifarişləri vaxtında çatdırmırdı. Təsadüfi deyil, ötən mövsüm boyu paytaxt klubu forma gözləyə-gözləyə qaldı, akademiyada ümumiyyətlə, geyim tapılmırdı. İndi “Neftçi” rəhbərliyi yeni tender elan etməklə bu firmadan imtinasını ortaya qoyur.
 
Qalibin kim olacağını deyə bilmərik. Lakin ümid edirik, yenə hansısa dost-tanış qabağa düşməz, bu hüququ həqiqətən daha sərfəli variant təklif edən qazanar. Milli komandaları 3-cü növ mallarla təmin edən “Nike” qabağa düşsə, deməli, bu tender yalnız gözdən pərdə asmaq üçün imiş. İzləyirik…
Tarix: 14 Mart [15:00]
Oxunub: 280 dəfə
Müəllif: Aut.az

Bir qrupun əlində... - Azərbaycanda

Aut.az

“Qarabağ” liderə məğlub oldu

Aut.az

“Zirə”nin legioneri milliyə dəvət aldı

Aut.az

Vitse-prezidentlərin futbol sevgisi?

Aut.az

"Arsenal"dan "Qarabağ" azarkeşləri üçün ucuz biletlər

Aut.az

Azərbaycan - Bosniya və Herseqovina oyununun vaxtı açıqlandı

Aut.az

AFFA-nın “Niyə də yox?!”u mükafat aldı

Aut.az

İşıqlandırmada problem yarandı, “Qarabağ” PFL-ə müraciət etdi

Aut.az

Ləkəli lider... və ya “Neftçi”nin çempionluğu razılaşdırılıb?

Aut.az

Qurban Qurbanov: "İçəridə olan problemləri görürəm, bilirəm"

aut.az