Rəzalət! "Keşlə"nin məşqçisi futbolçunun valideynlərini söyüb

Dünən baş tutan "Keşlə” – "Qəbələ” matçı xoşagəlməz olayla da yadda qalıb.

 

Azərbaycan Premyer Liqasının heç-heçə (1:1) başa çatan bu oyununun gedişində məşqçi – futbolçu davranışının eybəcərliyi üzə çıxıb. Aut.Az "futbolinfo”ya istinadən xəbər verir ki, uşaq futbolunda adət etdiyimiz futbolçunun təhqir edilməsi olayı bu dəfə 20-ci tur matçında yaşanıb. Və yenə baş rolda yaşlı-başlı məşqçi olub.

 

 

"Keşlə”nin qapıçılar üzrə məşqçisi Cəmaləddin Əliyev adəti üzrə yenə oyunu tribunadan izləyib. O, media sektorunun aşağısında, komandasının ehtiyat oyunçular skamyasının arxasında futbolçulara göstəriş verərkən özündən çıxıb.

 

32-ci dəqiqədə meydan sahiblərinin gənc oyunçularından olan Cabir Əmirli arxaya ötürmə verərkən səhv edib. Onun müdafiəçilərə göndərmək istədiyi top rəqib futbolçu Baqali Daboya düşüb və hücumçu hesabı açıb. O, səhv ötürmə edən kimi, epizoda reaksiya verən Cəmaləddin Əliyev "Sənin...” deyərək futbolçunun valideynlərini təhqir edib və müdafiəçi fasilədə əvəzlənib. Yazılması mümkün olmayan bu sözləri yaxın ətrafdakı bütün insanlar eşidib.

Tarix: 14 Mart [14:20]
Oxunub: 94 dəfə
Müəllif: Aut.az

Bir qrupun əlində... - Azərbaycanda

Aut.az

“Qarabağ” liderə məğlub oldu

Aut.az

“Zirə”nin legioneri milliyə dəvət aldı

Aut.az

Vitse-prezidentlərin futbol sevgisi?

Aut.az

"Arsenal"dan "Qarabağ" azarkeşləri üçün ucuz biletlər

Aut.az

Azərbaycan - Bosniya və Herseqovina oyununun vaxtı açıqlandı

Aut.az

AFFA-nın “Niyə də yox?!”u mükafat aldı

Aut.az

İşıqlandırmada problem yarandı, “Qarabağ” PFL-ə müraciət etdi

Aut.az

Ləkəli lider... və ya “Neftçi”nin çempionluğu razılaşdırılıb?

Aut.az

Qurban Qurbanov: "İçəridə olan problemləri görürəm, bilirəm"

aut.az