"Mətbuat katiblərini artıq yük" sayan klub rəhbərləri az deyil..."

Futbolda ictimaiyyətlə əlaqə, ünsiyyət çox mühüm rol oynayır. Təsadüfi deyil, klubların strukturunda media və ictimaiyyətlə bağlı departament, şöbə, ən pis halda mətbuat xidmətinin olması vacibdir. Lisenziyalaşdırma qaydaları da bunu tələb edir...
FİFA və UEFA bu sahəyə böyük önəm verir, şərait yaradır, tələblər irəli sürür, yeniliklərin davamlı tədbiqinə çalışır. Məlumatı olmayanlar da bilməlidir, Avropa səviyyəli yarışlarda nümayəndə heyətinin tərkibində media strukturunun olması şərtdir. Prezident, v.-prezident və digər vəzifəli şəxşlər olmaya bilər. Hətta baş məşqçisiz də oyun keçirilə bilər. Media ilə əlaqələndiricin isə olması mütləqdir.
Stadionlarda nazirə, deputata xüsusi yerlər ayrılmır. VİP loja, müxtəlif sektorlar var. Biletlərin qiymətinə uyğun istənilən şəxs istənilən yerə sahib ola bilər. Media sektoru isə xüsusidir, tələbdir. Və orada heç nazir, klub prezidenti, texniki zonada olmayan baş məşqçi, futbolçu da yer ala bilməzlər. Dəyərli futbolda olanlar, FİFA, UEFA-nın mediaya münasibəti budur...
Tam əminliklə bildirirəm, müvafiq tələblər olmasaydı klublarımızın 90%-ində KİV-lə bağlı nəinki departament, şöbə, heç sıravi əlaqələndirici də olmayacaqdı. İndinin özündə də daxili çempionat oyunları, xarici təlim-məşq tiplanışlarında onları "artıq yük" sayan klub rəhbərləri az deyil...
Məşqçilərin inkişafı, yüksək kateqoriyaların alınmasında mətduatla əlaqələrinə, ünsiyyət davranışlarına xüsusi diqqət verilir, müvafiq dərslər keçilir. Müxtəlif beynəlxaq seminarlarda federasiya, klub rəsmilərinə də mətbuat və ictimaiyyətlə əlaqələrin necə qurulması ilə bağlı tövsiyyələr verilir...
Azərbaycan futbolunda mətbuatla davranış mədəniyyəti hələ tam formalaşmayıb. Təbii, bunlar qarşılıqlı olmalıdır. Müasir futbolda inkişaf yolunun bir qolu da budur. Yoxsa mətduat hansısa məsələni, problemi qabardandan sonra məcburiyyət qarşısında "səngər"dən çıxıb fikir bildirməyin adı yoxdur. Vaxtında etmək olmazmı?! Həqiqətən də, zamanında hərə öz vəzifə borcunu yerinə yetirsə mətbuatda "alim"liyə nə ehtiyac var ki?! 
Klub, federasiya rəsmiləri, məşqçi, futbolçuların həqiqi mənada alimliyi idarəçilikdə, yaşıl meydanda özünü göstərməlidir. İşlərlə bağlı lazımı məlumatlar davamlı olaraq KİV-n gündəmində olmalıdır. 
Hər kəs dərk etməlidir, futbol azarkeşlər üçün oynanılır. Futbolu kabinetlərdə gizlətmək mümkün deyil. Federasiya, klub, idarəçi, məşqçi, futbolçuların oyundan öncə və sonra azarkeşlərlə əlaqəsi mətbuat vasitəsi ilə olur. Azarkeş-fanatı, ictimaiyyəti isə "ac" saxlamaq olmaz.
Çox vaxt futbolda olanlar mətbuatdan şikayətçi olurlar. Tək bizdə deyil, dütün dünyada belədir.
Bir məqama xüsusi diqqət yetirim. Sıravi vətəndaşın xəyalında görmədiyi pulları futbolçu, məşqçi bir ildə, ayda qazanır. Formalaşmış futbol psixologiyasına uyğun, hətta tələsirlər də. İdmançı, futbolçu ömrü qısadır, "5-10 ildə nə qazandıq, qazandıq" fəlsəfəsidir. Adi azarkeş isə son vəsaitini də biletə verib stadiona gedir...
Təbii, pullar əziyyətsiz qazanılmır. Zədələr, təzyiqlər, sarsıntılar hesabına başa gəlir. Təhqir, şaiyə və digər neqativ halların olmaması şərtilə ictimai təzyiqin baş verməsi təbii qarşılanmalıdır. Qazanılan pulların qarşılığını vermək lazımdır. Hər bir məşqçi, futbolçu psixoloji olaraq buna hazır olmalıdır...
"Real"lı Zidan son illərdə neçə-neçə titul qazanıb, dünyanın ən yaxşı məşqçisi adına layiq görülüb. La liqada bir qədər büdrəyən kimi mətbuatın, ictimaiyyətin təzyiqi ilə üzləşdi, istefası tələb olundu. Tab gətirə və doğru yol seçə bilməsəydi Ç.L.-də də məğlub olardı, yolunu davam etdirə bilməzdi. "Liverpul"un əfsanələrindən olan Karrager İngiltərə televiziyasındakı şəhçilikdən kənarlaşdırılıb. Səbəb, "Mançester" azarkeşlərini təhqir etdiyinə görə... 
Azərbaycanda ahıl yaşında milyonlar qazanmış Berti Foqst Almaniya mədiasına açıqlamasında bildirib ki, vaxtında mətbuatla ünsiyyəti düz qurmayıb. İndiki Azərbaycan futbolunda olan təsadüflərə, illərdi futbolda olanlara, məşqçi, futbolçu, funksionerlərə Berti Foqstun fikirlərindən nəticə çıxarmaları daha faydalı olar. Əksi olarsa, əmin olsunlar, zərbə özlərinə, futbola dəyəcək. Futbol təfəkkürü, mədəniyyəti artmadan istədiyimiz futbolu görməyimiz nağıl olar...
Futbolun inkişafını, futbolda inkişafınızı istəyirsizsə, ən azından FİFA, UEFA-nın mətbuat və ictimaiyyətlə bağlı tələb və tövsiyyələrinə yenidən nəzər yetirin. Bu, İşlərinizə və ümumilikdə futbolumuza ancaq xeyir verə bilər...
 
Tahir SÜLEYMANOV
Tarix: 14 Mart [14:00]
Oxunub: 75 dəfə
Müəllif: Aut.az

Millimiz Fransaya 4 qolla qalib gəldi

Aut.az

"Neftçili Yay Futbol Düşərgəsi"ndə 3-cü qrup başladı - FOTOLAR

Aut.az

"Neftçi" əcnəbi mütəxəssisi seçdi - AÇIQLAMA

Aut.az

“Sumqayıt”da yeni məşqçi

Aut.az

“Keşlə” 3 futbolçu ilə anlaşdı

Aut.az

“Qarabağ” Avstriyada növbəti məşqinə çıxdı

Aut.az

Azərbaycan Premyer Liqası nə vaxt start götürəcək?

Aut.az

"Xəzər" klubunun saxlanılan prezidenti haqda YENİ FAKTLAR

Aut.az

Şeydayevin “Mattersburq”a transferi həll olunmuş məsələdi

Aut.az

Avropa Liqası başlayır: 1-ci turun cədvəli

Aut.az