“Zaqatala” və “Mil-Muğan”a 240 manatlıq cərimə

AFFA İntizam Komitəsinin iclası keçirilib. 

Bu gün keçirilən iclasda 1-ci divizionun son turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub:

Birinci divizionun 17-ci turunun “Zaqatala” - “Xəzər” matçında “Xəzər”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Oyunun 90+2-ci dəqiqəsində “Zaqatala”nın futbolçusu Sahil Zeynalov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 240 manat cərimə olunur.

Birinci divizionun 17-ci turunun “Şüvəlan” - “Mil-Muğan” matçında “Şüvəlan”ın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Oyunun 35-ci dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Samir Babayev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 240 manat cərimə olunur.

Tarix: 14 Mart [13:10]
Oxunub: 93 dəfə
Müəllif: Aut.az

Bir qrupun əlində... - Azərbaycanda

Aut.az

“Qarabağ” liderə məğlub oldu

Aut.az

“Zirə”nin legioneri milliyə dəvət aldı

Aut.az

Vitse-prezidentlərin futbol sevgisi?

Aut.az

"Arsenal"dan "Qarabağ" azarkeşləri üçün ucuz biletlər

Aut.az

Azərbaycan - Bosniya və Herseqovina oyununun vaxtı açıqlandı

Aut.az

AFFA-nın “Niyə də yox?!”u mükafat aldı

Aut.az

İşıqlandırmada problem yarandı, “Qarabağ” PFL-ə müraciət etdi

Aut.az

Ləkəli lider... və ya “Neftçi”nin çempionluğu razılaşdırılıb?

Aut.az

Qurban Qurbanov: "İçəridə olan problemləri görürəm, bilirəm"

aut.az