Yenə məhkəməyə verdi

“Fənərbaxça”nın futbolçusu Matye Valbuena “Marsel”i məhkəməyə verib.
 
Komanda.az xəbər verir ki, Valbuena sabiq klubundan agentinə ödədiyi 568,8 min avronu tələb edir. O, mənəvi zərərə görə də 50 min avro istəyir.
 
O, bu iddia ilə “Marsel”i əvvəl də məhkəməyə vermişdi. Amma iddiası təmin edilməmişdi.
Valbuena “Marsel”dən Moskva “Dinamo”sun keçərkən agentinə ödəniş etməmişdi. Məhkəməyə müraciət edən agent qalib gəlmişdi. Valbuenanın “Porsche Cayenne” markalı avtomobili müsadirə edilmişdi. Bir müddət sonra o, agentə olan borcunu ödəmişdi.
 
Futbolçunun vəkili bildirir ki, “Marsel”in o vaxtkı prezidenti Vensen Labryun öhdəlik götürübmüş ki, Valbuena “Marsel”i 2014-cü ilin yayında tərk edəcəyi halda, agentə həmin məbləği klub ödəyəcək. Agent bildirib ki, həmin vaxt “Marsel”in Valbuenanın transferinə görə “Dinamo”dan alacağı 8 milyon avroya böyük ehtiyacı vardı. Ona görə də, klub futbolçunun satılmasına cəhd göstərirdi. Bunun üçün də agentin pulunu da klubun ödəyəcəyi ilə bağlı vəd veriblər.
Tarix: 14 Mart [14:40]
Oxunub: 82 dəfə
Müəllif: Aut.az

“Fənər”in prezidenti tarixə düşəcək - “Qalatasaray”ın stadionunda

Aut.az

Rusiya sanksiya tətbiq etdi - “Qarabağ”ın rəqibinin fəxri prezidentinə

Aut.az

Nurlan Novruzov oynadı

Aut.az

"Qalatasaray" "Fənərbaxça"ya qarşı - BU GÜN

Aut.az

Dəniz Yılmaz oynadı

Aut.az

Ayaz Quliyevin komandası 1/4 finalda

Aut.az

Şeydayevin komandası kubokla vidalaşdı

Aut.az

Ozan Can oynadı

Aut.az

Azarkeşlər oyun zamanı qapıçını və baş məşqçini vurdu - FOTOLAR

Aut.az

Arvadına 2 milyonluq "Gelandewagen" aldı

Aut.az