“Qarabağ”da gözlənilməz istefa

Avstriyada azərbaycanlılar tərəfindən yaradılmış “Qarabağ” (Vyana) klubunda gözlənilməz baş məşqçi istefası qeydə alınıb.

Avstriyanın Şərq Regional Liqasında mübarizə aparan komandanın baş məşqçisi Volkan Kahraman istefa verdiyini açıqlayıb. Klub rəhbərliyi ilə görüşən türkiyəli mütəxəssis qarşılıqlı razılıq əsasında Vyana təmsilçisindən ayrılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, “Qarabağ”da azərbaycanlı futbolçular da çıxış edirlər. Dmitri Nağıyevlə Elvin Bədəlov ötən ilin yayından bu klubun şərəfini qoruyursa, Emil Fərzəliyev bu qış transfer dönəmində Vyana təmsilçisinə keçib.

“Qarabağ” hazırda Avstriyanın gücünə görə üçüncü dərəcəli çempionatı sayılan Şərq Regional Liqasında 27 xalla 7-ci pillədə qərarlaşıb və liderdən 10 xal geri qalır.

Tarix: 14 Mart [13:00]
Oxunub: 118 dəfə
Müəllif: Aut.az

"Traxtorsazi" mühüm qarşılaşmaya çıxır

Aut.az

Əzizovsuz qələbə

Aut.az

Ermənistan Futbol Federasiyasında yeni prezident

Aut.az

Paşayevsiz “Aleksandriya” yenə məğlub oldu

Aut.az

Tural oynadı, Kamran baxdı

Aut.az

BATE-nin prezidenti xərçəngdən öldü

Aut.az

Modriçə 8 aylıq həbs cəzası

Aut.az

Qəssab klubun kuboklarını aldı - Ət borcuna görə

Aut.az

Daha bir futbolçuya heykəl qoyuldu - FOTO

Aut.az

Kafu Bakıya gəlir

Aut.az