“Bu yarış AXC ilə bağlı dünyaya bir mesaj idi” - Deputatlar futbol turnirindən danışdılar

Martın 9-11-i arasında ilk dəfə olaraq Bakıda 5 ölkənin deputatları arasında beynəlxalq futbol turniri keçirilib. Turnir Azərbaycan Parlamentinin yaradılmasının 100 illiyə həsr olunub və Milli Məclisin Gənclər və idman komitəsinin təşəbbüsü ilə gerçəkləşib.
“İnter Arena”da keçirilən Azərbaycan-Ukrayna parlamentlərinin komandaları arasındakı final oyunu 2:1 hesabı ilə deputatlarımızın xeyrinə başa çatıb.
Milli Məclisin deputatları bu dəfə Modern.az saytına beynəlxalq futbol turnirinin siyasi və idman sahəsindəki əhəmiyyətindən danışıblar.
Parlamentin Regional məsələlər üzrə komitəsinin üzvü, tarixçi deputat Fəzail İbrahimli:
“Bilirsiniz, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlər proqramı var. Bu proqram Cümhuriyyətin 100 illiyinə həsr olunmuş ayrı-ayrı sahələri əhatə edir. Bu sistemə elmi-tədqiqat işlərinin yazılması, böyük konfransların təşkili, dövlət səviyyəsində tədbirlərin keçirilməsi daxildir. Deputatların futbol turnirini isə idman sahəsində həyata keçirilən tədbirlərdən biri hesab etmək olar. Demək olar ki, bu yarışın AXC-nin yüzilliyinə həsr olunması dünyaya bir mesajdır. Yəni bizim 100 il bundan qabaq demokratik ruhlu , digər ölkələrə nümunə ola biləcək bir dövlətimiz olub. Bu mənada turnirin çox böyük əhəmiyyəti var”.
Deputat deyib ki, yarışda təmsil olunan dövlətlər Azərbaycan parlamentinin öz dövlətçilik tarixinə hörmətinin şahidi oldular:
“Digər tərəfdən, o vaxt Cümhuriyyət liderlərinin əsas arzusu, dövlətimizin bütün sahələrdə dünya səviyyəsinə çıxması, beynəlxalq müstəvidə işlərin görülməsi idi. Eyni zamanda, yarışı Cümhuriyyətin idman sahəsində olan arzularının ifadəsi kimi başa düşmək olar. Bundan başqa, burada bir neçə ölkə iştirak etdi və bu da böyük təbliğat xarakteri daşıyır. Yarışda təmsil olunan dövlətlər Azərbaycan parlamentinin öz dövlətçilik tarixinə, ənənələrinə, Cümhuriyyət lidelərinin ruhuna nə qədər hörmət etdiyinin də şahidi oldular.
Azərbaycanın taleyüklü məsələlərində parlament hər zaman öz sözünü deyib və həlledici rol oynayıb. Bu mənada da yarış əhəmiyyət kəsb edir. Nəhayət beynəlxalq turniri Azərbaycan prezidentinin AXC-nin 100 illiyi ilə bağlı sərəncamının icrasında parlamentin atdığı addımlardan biri kimi dəyərləndirmək olar”.
Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Ülvi Quliyev:
“Milli Məclisin Gənclər və idman Komitəsinin fəaliyyəti tək qanunvericilik sahəsi ilə məhdudlaşmır. İndiyə kimi müəyyən normativ qanunların yaradılması, bu sahənin inkişaf etdirilməsi ilə bağlı müxtəlif işlər görülüb. Əsas qanunumuz “Bədən tərbiyəsi və idman haqqında” qanundur. Antidopinqlər, idmanda monopoliyanın qarşısının alınması ilə bağlı qanunvericilik istiqamətində də işlər görülüb. Eyni zamanda, komitəmiz qanunvericiliklə yanaşı, ictimaiyyətlə, əsasən də gənclərlə ünsiyyətdə, idman sahələrinin təbliği və kütləviliyinə nail olunmasında fəal iştirak edir.
Bakıda ilk dəfə olaraq 5 ölkənin deputatları arasında beynəlxalq futbol turniri keçirilməsi də görülən işlər sırasında ən əhəmiyyətlisidir. Yaşından asılı olmayaraq, Azərbaycan millət vəkillərinin yarışlara qoşulması idman sahəsinin təbliğatına verilən töhfədir. Baxmayaraq ki, biz parlamentin üzvləyirik, ancaq bu cür yarışların birbaşa iştırakçısı olduq. Belə bir tədbirin Bakıda və məkz bizim təşəbbüslə keçirilməsi idmana dəstək və bu sahəyə həqiqi mənada çağırışdır. Bu, həm də Azərbaycanın idman ölkəsi olduğunun bariz nümunəsidir. Dörd ölkədən Azərbaycana gələn əcnəbi deputatlar bunu praktiki olaraq gördülər.
Hesab edirəm ki, bu yarış idmanla yanaşı dünyaya tariximizlə bağlı da bir mesaj idi. Əminəm ki, çox uzun illər bu tədbir yaddaşlarda qalacaq və cənab Prezident İlham Əliyevin Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı imzaladığı sənədlərə beynəlxalq səviyyədə dəstək kimi tarixə düşəcək".
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib ki, deputatlar arasında keçirilən futbol turniri siyasi baxımdan vacib oyun olub:
“Şərqdə ilk demokratik respublikanın, AXC-nin 100 illiyinə həsr olunan yarışlar ciddi əhəmiyyətə malik idi. Digər tərəfdən, 5 dövlətin bu turnirə qatılmasının önəmini vurğulamaq lazımdır. Düşünürəm ki, bunun həyata keçirilməsində Azərbaycan parlamenti çox böyük işlər gördü. Beynəlxalq turnir ölkəmizin idman sahəsində, o cümlədən digər sahələrdə uğurlarının, parlamentlərarası münasibətlərin daha sıx olmasının göstəricisidir.
Hesab edirəm ki, tədbir öz işini görə bildi və hər şey qaydasında idi. Milli Məclisin deputatı Fuad Muradov, o cümlədən parlamentin Gənclər və idman komitəsinin digər üzvləri turnirlə bağlı əhəmiyyətli işlər gördü, deputat həmkarlarımız yarışları dəyərləndirdi.
Həmçinin, futbol yarışısının siyasi vacibliyini də vurğulamaq lazımdır. Çünki bilirsiniz, bu gün Azərbaycanın ən böyük problemi Dağlıq Qarabağdır. Turnirdə 5 dövlətin iştirakı və həqiqətlərin bir daha turnir vasitəsilə həmin ölkə nümayəndələrinə çatdırılması ciddi addımdır” (Modern.az).
Tarix: 13 Mart [16:40]
Oxunub: 124 dəfə
Müəllif: Aut.az

Şəhriyar Məmmədyarov ABŞ-a 75 min dollar qazanmağa gedir

Aut.az

Rəsul Çunayevə rütbə verildi - FOTO

Aut.az

Günün oyunları - TV

Aut.az

Serbiyalı oyunçudan türk lirəsinə dəstək

Aut.az

2500 dollar olan biletlər 3 dəqiqəyə satıldı

Aut.az

Azərbaycan millisinin üzvü 31 yaşında karyerasını bitirdi

Aut.az

Yığma komandanı Yay Olimpiya Oyunlarına ölkə ordusu hazırlayacaq - FOTO

Aut.az

PSJ-dən 37 milyon avroluq transfer

Aut.az

III Avropa Oyunları Rusiyada keçirilə bilər

Aut.az

“Neftçi” ilk oyunda 9 qola üzüldü

Aut.az