Başqa klublara azarkeşlik etməyə məcbur olan “Sumqayıt” prezidenti

Riad Rəfiyev “Sumqayıt”ın prezidenti kimi fəaliyyətə başlayıb. Hələ klubla tanış olur, planlarını cızır.
 
Milli komandaların sabiq meneceri üçün bu post yenidi. İndiyədək bu qədər yüksək vəzifədə işləməyib, öyrəşməsi zaman alacaq. Lakin hazır strukturu olan kluba, hədəfi, iddiası, normal xal ehtiyatı, yaxşı məşqçi və futbolçu heyəti olan bir yerə gəlib. Ona görə də çətinlik çəkməməlidi.
 
Rəfiyevə yalnız vaz keçə bilmədiyi köhnə məşğuliyyətləri mane ola bilər. Həmişə əli futbolçu transferindən qazandığı pul görən Riad indi bu şakərindən əl çəkməlidi. Yoxsa ciddi problemləri ortaya çıxacaq. Yəqin özü də “Səbail”lə son turun matçında bunu hiss etdi. Prezident kimi debüt etdiyi görüşdə istəmədən də olsa, rəqibə azarkeşlik edirdi.
 
Təbii ki, səbəbsiz deyil. Çünki meydan sahiblərinin aparıcı oyunçusu Yevgeni Koçuka görə o, ayda 1000 dollar qazanc əldə edir. Bu legionerin agenti başqası olsa da, onun “Səbail”ə transferində Rəfiyevin rolu var və menecer haqqı kimi alacağı 5000 dolları 5 ay ərzində götürməlidi. Klub Koçuka aylıq 4000 dollar, menecerinə isə bunun ¼-ni verir. Bu səbəbdən Riad Yevgeninin uğurlu çıxışında, qiymətini artırmasında maraqlıdı.
 
Koçukla Rəfiyevin yolları Slovakiyada kəsişib. Bu futbolçu millimizin üzvü Ramil Şeydayevlə nəinki komanda, həm də otaq yoldaşı olub. Elə Ramil də hazırda “Qarabağ”da qazandığından Riada pay ayırır. O, ağdamlılara milli xətti ilə düşüb, AFFA bunda rol oynayıb. Menecer haqqınıisə Rəfiyev götürüb.
 
Rəfiyev avrokubok yolunda əsas rəqibləri olan “Neftçi” ilə matçlarda da əziyyət çəkəcək. Axı, Emin Mahmudov da hazırda Riada pul qazandıranlardandı. Namiq Ələsgərov, Elnur Cəfərov və Rəhman Hacıyevin də meneceri olan “Sumqayıt”ın prezidenti həmçinin Anton Krivotsyukun transferində söz sahibi olub. Pavel Paşayev, Dmitri Nağıyev, Elvin Bədəlov və Araz Abdullayevin “yolgöstərən”i “Zirə”dən Adil Nağıyevin də baş məsləhətçisidi.(futbolinfo)
 
Kəsəsi, Kamran Quliyevin xələfi ölkə futbolunun monopolistlərindəndi. İndi o, prezident kimi fəaliyyət göstərəcək və rəqib düşərgələrdəki futbolçularını rəhbərlik etdiyi menecer şirkəti “3R Sports Management”in bayrağı altında, başqasının adına qeydiyyatdan keçirəcək. Belədə asan qazancdan imtina etməyəcək. Unikal futbol təsərrüfatımız var…
Tarix: 13 Mart [14:20]
Oxunub: 105 dəfə
Müəllif: Aut.az

"Qarabağ"ın legioneri karyerasını bitirib rejissor olacaq

Aut.az

Yığmamızın üzvləri Belarusda "Qarabağ"ı dəstəkləyəcək

Aut.az

Milimiz Belarusa qalib gəldi

Aut.az

“Keşlə”dən 2 transfer Rəsmi

Aut.az

Tərlan Əhmədov sükutu pozdu: " Heç nə başa düşmədim"

Aut.az

“Sabah” “Qaradağ Lökbatan”a qaib gəldi

Aut.az

Halldorsson: “Qarabağ”ın qalib gələcəyinə inanırıq”

Aut.az

Mirhüseyn Seyidovla Nizami Hacıyev Ramin Musayevə görə futboldan uzaqlaşdırılıb

Aut.az

Millimizin oyunlarının vaxtı bilindi

Aut.az

Fərhd Vəliyev karyerasını bərpa etməsinin səbəbini açıqladı

Aut.az