Super Liqa oyunları təxirə salındı

Yunanıstan Super Liqasının oyunları təxirə salınıb.

Bu barədə məlumatı yerli mətbuat yayıb. Belə ki, dünən keçirilmiş PAOK - AEK oyunundan sonra yaşanmış qalmaqala görə çempionatın bütün oyunları təxirə salınb.

Yunanıstanın idman naziri George Vassiliadis və baş nazir Aleksis Çiprasın görüşündən sonra çempionatın bütün görüşlərinin qeyri-müəyyən vaxta təxirə salınması barədə qərar qəbul edilib.

Xatırladaq ki, çempionatın 25-ci turunda keçirilən PAOK - AEK oyununda ixtişaş baş verib. Hakim PAOK-un 90-cı dəqiqədə vurduğu qolu qeydə almayıb. Bundan qəzəblənən Saloniki klubunun prezidenti İvan Savvidi meydana daxil olub. Onun üzərində tapança da olub. Daha sonra isə azarkeşlər meydana axışıb. Qarşılaşmanın baş hakimi oyunu yarımçıq dayandırmaq məcburiyyətində qalıb.

Hazırda Savvidinin polisdəki soruşdurmasının davam etdiyi qeyd edilib.

Tarix: 13 Mart [12:50]
Oxunub: 55 dəfə
Müəllif: Aut.az

Bu gün "Qalatasaray" çempion olsa, tarixi hadisə baş verəcək

Aut.az

Kabab qonaqlığı verdi

Aut.az

Terrorçular stadionu partlatdı: 8 ölü, 45 yaralı - FOTO

Aut.az

"Astana"nın 11 oyunçusu millimizlə matça çağırıldı

Aut.az

“Parma” yenidən A Seriyasında

Aut.az

Vyana “Qarabağ”ına 1 qol bəs etdi

Aut.az

"Qalatasaray"ın futbolçusu İtaliya klubunda

Aut.az

Türkiyə millisinə "Qalatasaray"dan futbolçu çağırılmadı

Aut.az

Arda Turanın həyat yoldaşı xəstəxanalıq oldu

Aut.az

“Yuve” Buffonun yerinə qapıçı tapdı

Aut.az