“Qaradağ Lökbatan”ın məğlubiyyətlərinin sirri

Birinci divizionun lideri "Qaradağ Lökbatan" 14 oyunluq ardıcıl qələbə seriyasından sonra indi də məğlubiyyətləri sıralayır. Son 3 oyunda uduzan Həbib Ağayevin komandası xeyli söz-söhbətə də səbəb verib.
 
Komandanın oyunları "stavka”ya qoyması barədə söz-söhbət yayılıb. Divizionda populyar olan bu mövzu istər-istəməz inandırıcı görünür. Lakin klub prezidenti Tahir Mustafayev bunu təkzib edir. O, ölkə mətbuatına açıqlamasında bunları deyib: "Yaxşı başlamışdıq. Səfərdə "Zaqatala"nı da məğlub etdik. Sonra... Heç bilirsiz nə qədər qol vəziyyətindən yararlana bilmədik? "Turan Tovuz"la oyuna baxsaz, görərsiz ki, hər şeyi biz etdik, qol vəziyyətləri yaratdıq. Amma qapımıza 3 zərbə endirdilər hər 3-ü də qol oldu. Ümumiyyətlə, uduzduğumuz son 3 oyunun hamısında əla çıxış etmişdik. Çempionat başlamamış komandaya bildirmişdim ki, ən böyük düşmənimiz arxayınlıqdı. Çünki xal hesabında çox irəlidəyik. 15 xal irəlidə idik, indi bu, cəmi 9-du. 3 oyun ardıcıl məğlubiyyət – belə şey olmamışdı. Əlbəttə, dərs olub. İclas keçirib, futbolçuları danlamışıq. Tovuzlularla oyunda futbolçumuz səhv etdi, qol buraxdıq. İnşallah düzəldəcəyik. Qara bulud idi, gəlib başımızın üstündə durmuşdu. Olur, biz elə komanda deyilik ki, ardıcıl uduzaq. Bu "qara zolaq"dan çıxsaq, davamı gələcək. And ola Allaha, bizdə bununla bağlı söhbət gedə bilməz. Uduzan kimi başqa şeylər fikirləşirlər. Məhz bu məsələdə komandama cavabdehəm. Elə bir şey olsa, deməli, mənim səhvimdi və düzgün işləyə bilmirəm. Yaxşı uşaqlardı, komandanın 95 faizi namaz qılır. Uduzanda belə söhbətlər çıxarmasınlar. Üzr istəyirəm, çox murdar mühit yaranıb. Adam qorxur. Udanda deyirlər belə, uduzanda elə. Adam bilmir nə etsin. Bunları yığışdırmaq lazımdı. Edən özünə edir. Hər qoyunu öz ayağından asırlar. Kişi kimi söz deyilib. Buna əminəm".
 
Mustafayevə inanmaq istəyirik. Ola bilsin, bu məğlubiyyətlər həqiqətən arxayınlığın nəticəsidi. Amma komandanın 95 faizinin namaz qılması haqda dediyinin bir mənası yoxdu. Namaz qılmağın meyar olmadığını "Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov Antalya toplanışı vaxtı sübut edib.
 
Əslində, liderin belə uğursuzluğunun əsas səbəbi arxayınlıq yox, ruh düşkünlüyüdü. Bizdə olan bilgiyə görə, klub Premyer Liqada iştirak etmək niyyətində deyil. "Mil Muğan” və "Zaqatala” kimi, lökbatanlılar da lisenziya almaq üçün, ümumiyyətlə, müraciət etməyib. Bu səbəbdən komanda daxilində ab-hava pozulub. Bunu Mustafayevin dediklərindən də anlamaq olur: "Çempion olaq, qalanını sonra fikirləşərik. İnanın mən hazırda bunu düşünürəm. Çünki öz əlimizdədi, 9 xal fərq var. Premyer Liqanı düşünsək, "Əli aşından da olarıq, Vəli aşından da". Hələ çempion olaq, sonrasını düşünərik".
 
Tahir bəy bu cavabla xəbərimizi təsdiqləyir. Çünki sonra fikirləşməyə vaxt olmayacaq. İndi lisenziya üçün müraciət olunmayıbsa, sənədlər qaydasında deyilsə, çempionluq heç bir işə yaramayacaq. Yalandan baş aldatmaq lazım deyil. İllərdi eyni prosesi izləyirik. "Neftçala”nın ardıcıl 2 çempionluğu da, "Turan Tovuz”un ötənmövsümkü uğuru da bu səbəbdən faydasız olmuşdu. İndi də növbədə "Qaradağ Lökbatan”dı.
 
Mənbə: Futbolinfo.az 
Tarix: 13 Mart [10:58]
Oxunub: 100 dəfə
Müəllif: Aut.az

"Qarabağ"ın legioneri karyerasını bitirib rejissor olacaq

Aut.az

Yığmamızın üzvləri Belarusda "Qarabağ"ı dəstəkləyəcək

Aut.az

Milimiz Belarusa qalib gəldi

Aut.az

“Keşlə”dən 2 transfer Rəsmi

Aut.az

Tərlan Əhmədov sükutu pozdu: " Heç nə başa düşmədim"

Aut.az

“Sabah” “Qaradağ Lökbatan”a qaib gəldi

Aut.az

Halldorsson: “Qarabağ”ın qalib gələcəyinə inanırıq”

Aut.az

Mirhüseyn Seyidovla Nizami Hacıyev Ramin Musayevə görə futboldan uzaqlaşdırılıb

Aut.az

Millimizin oyunlarının vaxtı bilindi

Aut.az

Fərhd Vəliyev karyerasını bərpa etməsinin səbəbini açıqladı

Aut.az