Bakıda Ukrayna derbisi - BU GÜN

Bu gün Azərbaycan Premyer Liqasında XX tura start veriləcək. Aut.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə öncəsi baş tutacaq tur iki gün ərzində keçiriləcək.
 
Bu gün turun ilk görüşü oynanılacaq. "Keşlə" "İnter Arena”da "Qəbələ”ni qəbul edəcək. Bu oyunla bağlı əsas diqqətçəkən məqam ukraynalı mütəxəssislərin duelidi. Belə ki, qışda paytaxt klubunun "sükanı arxası”na keçən Yuri Maksimov Azərbaycan karyerasında ilk dəfə həmyerlisi Roman Qriqorçukla üz-üzə gələcək.
 
Hər iki komandanın son turlar məhsuldarlıq nümayiş etdirməsi qarşılaşmaya marağı daha da artırır. Bakılılar son 5, qəbələlilər son 4 oyunda meydanı qolsuz tərk etməyiblər. Paytaxt təmsilçisi qələbə ilə ən azı bir günlük 7-ci yerdən qurtulmağa, bölgə klubu isə 2-ci pillədəki mövqeyini möhkəmlətməyə çalışacaq.
 
Qeyd edək ki, turun 3 oyunu sabah keçiriləcək. "Sumqayıt" "Kəpəz"i, "Neftçi" "Qarabağ"ı, "Zirə" "Səbail"i qəbul edəcək.
 
Premyer Liqa
2017/18 mövsümü
III dövrə, XX tur
 
13 mart
15.30 Keşlə - Qəbələ
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mübariz Haşımov, Elvin Əsgərov .
AFFA nümayəndəsi: Zamiq Hüseynov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
İlk iki dövrədəki oyunlar - 1:2, 0:3.
"İnter Arena”.
 
 

Klub

O

Q

H/H

M

T/F

X

1

Qarabağ

19

15

3

1

30:7

48

2

Qəbələ

19

12

2

5

33:19

38

3

Zirə

19

9

5

5

27:19

32

4

Sumqayıt

19

9

4

6

24:20

31

5

Neftçi

19

8

2

9

24:22

26

6

Səbail

19

5

2

12

13:27

17

7

Keşlə

19

4

3

12

16:31

15

8

Kəpəz

19

3

1

15

12:34

10

Bombardirlər

Baqali Dabo (Qəbələ) - 11.

Tarix: 13 Mart [10:00]
Oxunub: 102 dəfə
Müəllif: Aut.az

“Qarabağ” qalib gəldi

Aut.az

Əmircanov Türkiyə klubunda

Aut.az

“Neftçi” “Qəbələ”yə məğlub oldu

Aut.az

Elvin Yunuszadənin yeni klubu rəsmən açıqlandı

Aut.az

"Qarabağ" - "Səbail" START HEYƏTLƏR

Aut.az

Qurban Qurbanovla Rəşad Sadıqov milli üzvləriylə görüşdü

Aut.az

Məşhur türk mütəxəssis Azərbaycanı təbrik etdi - FOTO

Aut.az

“Neftçi” Qəbələ səfərində, “Qarabağ” “Səbail”ə qarşı - BU GÜN

Aut.az

Arda Turanın həsrəti bitdi

Aut.az

Komandaların imkanları araşdırılsaydı… - Azərbaycanda

Aut.az