Tahir Mustafayev: "İclas keçirib, futbolçuları danlamışıq"

Birinci divizionun lideri "Qaradağ Lökbatan" 14 oyunluq ardıcıl qələbədən sonra indi də məğlubiyyətlərlə davam edir. Son 3 oyunda uduzan Həbib Ağayevin komandası deyəsən arxayınlığın qurbanı olub. Ya da bu məsələdə başqa bir əmma var.
 
Hər halda nə baş verdiyini klub prezidenti Tahir Mustafayevdən öyrənməyə çalışdıq. Tahir bəy Sport7.az-a açıqlamasında məsələyə belə izah verdi.
 
"Yaxşı başlamışdıq. Səfərdə "Zaqatala"nı da məğlub etdik. Sonra... Heç bilirsiz nə qədər qol vəziyyətindən yararlana bilmədik? "Turan Tovuz"la oyuna baxsaz görərsiz ki, hər şeyi biz etdik, qol vəziyətləri yaratdıq. Amma qapımıza 3 zərbə endirdilər hər 3-ü də qol oldu. Ümumiyyətlə uduzduğumuz son 3 oyunun hamısında əla çıxış etmişdik. Sadəcə, idman xoşbəxtliyi...
 
Çempionat başlamamış komandaya bildirmişdim ki, ən böyük düşmənimiz arxayınlıqdı. Çünki xal hesabında çox irəlidəyik. Vaxtından əvvəl çempion olmağa çalışın. İstər-istəməz arxayınlıq yaranır. 15 xal irəlidə idik, indi cəmi 9-du. Birisigün Ağsuda yerli komanda ilə oynayacağıq. Uduzmamaq üçün əlimizdən gələni edəcəyik. 3 oyun ardıcıl məğlubiyyət... Belə şey olmamışdı. Əlbəttə, dərs olub. İclas keçirib, futbolçuları danlamışıq. Nə lazımdı deyilib. Tovuzlularla oyunda futbolçumuz səhv etdi, qol buraxdıq. Baxmayın də, öz meydançamızdı, bu üzdən istər-istəməz hücuma atıldı komanda. 5 dəqiqə keçmədi uzaqdan "9-luğ"a zərbə vurdular qol oldu. İdman xoşbəxtliyi deyək. Vurmayana vurarlar. Yaxşı qol vəziyyətlərimiz oldu, istifadə edə bilmədik. İnşallah düzəldəcəyik. Qara bulud idi, gəlib başımızın üstündə durmuşdu. Olur, biz elə komanda deyilik ki, ardıcıl uduzaq. Bu "qara zolaq"dan çıxsaq davamı gələcək".
 
"Qaradağ Lökbatan" bir neçə dəfə də uduzsa həm çempionluq əldən gedə, həm də komanda haqda başqa cür fikirlər formalaşa bilər. Hər halda hər şey öz əllərindədi: "Elə mən də onu deyirəm. And ola Allaha bizdə bununla bağlı söhbət gedə bilməz. Uddun vay, uduzdun vay. Komanda uduzar da, qələbə qazanar da. Amma uduzan kimi başqa şeylər fikirləşirlər. Məhz bu məsələdə komandama cavabdehəm. Elə bir şey olsa deməli mənim səhvimdi və düzgün işləyə bilmirəm. Yaxşı uşaqlardı, komandanın 95 faizi namaz qılır. Uduzanda belə söhbətlər çıxarmasınlar. Üzr istəyirəm, çox murdar mühit yaranıb. Adam qorxur. Udanda deyirlər belə, uduzanda elə. Adam bilmir nə etsin. Bunları yığışdırmaq lazımdı. Öz də maraqlıdı ki, heç kim üzünə demir gedib arxasınca danışır. Çünki üz-üzə oturanda başa salırsan. Edən özünə edir. Hər qoyunu öz ayağından asırlar. Kişi kimi söz deyilib. Buna əminəm".
 
Əvvəlki illərdə "Qaradağ Lökbatan" çempion olsa da premyer-liqaya buraxmamışdılar. Bəs bu mövsüm plan nədi?: "Çempion olaq qalanını sonra fikirləşərik. İnanın mən hazırda bunu düşünürəm (gülür). Çünki öz əlimizdədi, 9 xal fərq var. Premyer Liqanı düşünsək "Əlidən də olarıq, Vəlidən də". Hələ çempion olaq, sonrasını düşünərik".
Tarix: 12 Mart [17:40]
Oxunub: 135 dəfə
Müəllif: Aut.az

Bir qrupun əlində... - Azərbaycanda

Aut.az

“Qarabağ” liderə məğlub oldu

Aut.az

“Zirə”nin legioneri milliyə dəvət aldı

Aut.az

Vitse-prezidentlərin futbol sevgisi?

Aut.az

"Arsenal"dan "Qarabağ" azarkeşləri üçün ucuz biletlər

Aut.az

Azərbaycan - Bosniya və Herseqovina oyununun vaxtı açıqlandı

Aut.az

AFFA-nın “Niyə də yox?!”u mükafat aldı

Aut.az

İşıqlandırmada problem yarandı, “Qarabağ” PFL-ə müraciət etdi

Aut.az

Ləkəli lider... və ya “Neftçi”nin çempionluğu razılaşdırılıb?

Aut.az

Qurban Qurbanov: "İçəridə olan problemləri görürəm, bilirəm"

aut.az