Futbolçunun üstünə butulka fırlatdı - Azərbaycanda

«Keşlə» Premyer Liqanın ötən turunda məğlubiyyətlə üzləşdi.
 
Ruslan Abışovun son dəqiqələrdə uvrduğu qola «Neftçi» paytaxt derbisni qazandı.
 
Matçdan sonra sabiq «bankirlər»in baş məşqçisi Yuri Maksimov istefa verməyə hazırlaşmasına açıq eyham vurdu. Ukraynalı mütəxəssis «ola bilsin ki, bu, axırıncı oyunum idi» deyərək, mətbuat konfransından ayrıldı.
 
Düzdü, klub rəhbərliyi mediaya ötürdüyü son xəbərdə Maksimovun vəzifəsini tərk etməyəcəyini bildirib. Ad çəkitlmədən KİV-ə sızdırılan informasiyada qeyd olunub ki, o, komandanı mövsümün qalan oyunlarında da meydana çıxaracaq.

Lakin qərarın dəyişməsi o demək deyil ki, «Keşlə»də ab-hava sabitdi. Tam əksinə. İndi yalnız Maksimov deyil, futbolçuların da Zaur Axundovla münasibətlərində də dərin çatlar əmələ gəlib.
 
Müşahidə Şurasının sədri derbi matçından sonra paltardəyişmə otağına gələrək, komanda üzvlərinin üzünə bir batman balla udulmayacaq ağır sözlər deyib.(sportinfo)
 
Gözünü yumub, ağzını açan Axundov leksikonundakı «gözəl ifadələr»in bir çoxuna «müraciət edib». Bununla hirsi soymayan patron braziliyalı müdafiəçi Denis Silvanın üzərinə şüşə butulka fırladıb.
Tarix: 12 Mart [14:00]
Oxunub: 100 dəfə
Müəllif: Aut.az

"Sabah"ın yeni mövsümlə bağlı hazırlıq planı müəyyənləşdi

Aut.az

“Xəzər”in rəhbəri əmanətçilərin 100 milyon manatını götürüb ölkədən qaçdı

Aut.az

Qurbanovun köməkçisi müəyyənləşdi

Aut.az

"Qarabağ" Tunis millisinin futbolçusu ilə danışıqlara başladı

Aut.az

Baqali Dabo "Neftçi"də - Rəsmi

Aut.az

“Neftçi”də yeni müqavilə

Aut.az

“Qarabağ” onunla müqaviləni uzatdı - Rəsmi

Auta.z

“Neftçili Yay Futbol Düşərgəsi” start götürdü

Aut.az

Zidanın başçılıq etdiyi siyahıda Qurban Qurbanov 3 pillə irəlilədi

Aut.az

"Səbail"də yeni imza

Aut.az