Millimizin sabiq üzvü"od püskürdü": "Özləri “şot” atır, axırda da günahı yıxırlar futbolçuların üstünə"

Gənclər millimizin sabiq üzvü Fəqan Şahbazov maraqlı açıqlama ilə diqqət çəkib.
 
Rekord.az-a danışan sabiq futbolçu Azərbaycan çempionatındakı oyun alqı-satqısı haqda fikirlərini bölüşüb.
 
O, bu məsələyə görə cəzalanan futbolçuları günahkar yox, qurban hesab edir. O, eyni zamanda AFFA-nın idarəçiliyi haqda da kəskin fikirlər səsləndirib: "Yenidən futbola qayıtmağa səbəb görmürəm. Çünki futbolumuz günü-gündən geri gedir. Bu gedişlə 5 il sonra əvvəlki dövrə qayıdacağıq. Düzdür, “Qarabağ” fəxrimizdir, böyük uğurlar qazanıb. Amma tək “Qarabağ”la iş aşmır. Ölkə prezidenti 2005-ci ildə sərəncam verdi futbolun inkişafı ilə bağlı. 15 il keçib ortada heç nə yoxdur. Mən başa düşmürəm, AFFA nəyə görə klub saxlamalıdır? Sizin işiniz klub saxlamaq yox, düzgün iş qurmaq, sponsorları futbola cəlb etməkdir. Hərənin qabağına bir şərt qoyurlar. Ona görə də Mübariz Mənsimov kimi adam bezib getdi. Bizim futbolda bütün işlər yalnış qurulub. 10 ildə bu qədər milyonlar xərcləndi hamısı da legionerlərə. Çatana pasport paylayırdılar. Pereyra, Qomeş, Peres, Muzika nə bilim saymaqla qurtarmaz. Hanı indi onlar hardadı? Hamısı qazandığını qazanıb getdi. Onsuz da uduzurduq da ondansa elə öz uşaqlarımız oynayardı. O legionerlərə xərclənən pullara nə qədər iş görmək olardı. Prezident dövlət proqramını qəbul edib yaşıl işıq yandırmışdı da dövlət bundan artıq neyləməli idi? Bütün pulu dağıtdılar. Bu gün baxırıq, heç bir bölgədə futbol yoxdur. İndi dəoyun alqı-satqı söhbətini atıblar ortaya. Özləri min hoqqadan çıxırlar axırda da günahı atırlar futbolçuların üstünə. Bizim də xaricdə tanıdıqlarımıəz var, bizə də məlumatlar çatır ki, Azərbaycandan kim hansı oyuna, nə qədər “stavka” qoyur. Özləri “şot” atır, axırda da günahı yıxırlar futbolçuların üstünə. Bir ara I Divizionda yaş limiti qoymuşdular ki, 21 yaşdan yuxarı ancaq 3 futbolçu oynaya bilər. Bu o demək idi ki, futbolçuya I Divizionda oynamağı qadağan edirsən. AFFA-nın baş katibi Elxan Məmmədovla şəxi tanışlığım yoxdur. Bilirəm ki, xaricdə təhsil alıb, savadı var. Amma futbol idarəçiliyi onluq deyil axı. Bu yaxınlarda hardasa oxudum ki, hansısa Avropa ölkəsində fermeri kəndə təsərrüfatı naziri qoyublar. Bilirsiniz niyə? Çünki o sahənin adamıdır. Bizdə də futbolu bu sahəni bilənə tapşırmaq lazımdır. Hər çatana sertifikat verib məşqçi eliyirlər. Halbuki həmin məşqçi özü heç top çiləyə bilmir. Top çiləyə bilməyən məşqçi uşağa nə öyrədəcək? Bilmirlər, heç olmasa Gürcüstandan proqram alıb öyrənsinlər".  
Tarix: 12 Mart [14:15]
Oxunub: 137 dəfə
Müəllif: Aut.az

"Azərbaycanda kazino olmadığı üçün özümü sakit hiss edirdim"

Aut.az

SOS: Azərbaycan çempionatında “danışılmış oyun”? - FOTO

Aut.az

Reytinq: “Qarabağ” “Milan”ı və “Valensiya”nı qabaqladı

Aut.az

"Qarabağ" rəsmiləri Portuqaliyada həndbola baxdı

Aut.az

Millimiz yenə böyükhesabla uduzdu

Aut.az

Azərbaycan - Qazaxıstan oyununun hakimləri bilindi

Aut.az

"Qarabağ" qayıtdı - FOTO

Aut.az

"Qarabağ" Portuqaliyada 2 qolla uduzdu

aut.az

Azərbaycan Premyer Liqasında IV turun rəmzi komandası

Aut.az

Tahir Süleymanov həqiqəti dedi: “Əcnəbilər yaşıl "paçka"larından imtina etməzlər”

Aut.az