"Qarabağ" 23 illik rekordunu təkrarladı

“Qarabağ” ardıcıl 7 oyundur evdə qol buraxmır. 

Qurban Qurbanovun komandası sonuncu dəfə 2017-ci il sentyabrın 22-də “Sumqayıt”la qarşılaşmada (4:1) qonaqların qol vurmasına şahid olublar. 

Həmin görüşdən sonra 169 gündür qapısını toxunulmaz saxlayan meydan sahibləri “Zirə”ylə iki matçda (0:0, 2:0), həmçinin “Səbail” (1:0), “Sumqayıt” (2:0), “Neftçi” (1:0), “Qəbələ” (0:0) və “Kəpəz”lə (1:0) qarşılaşmalarda doğma azarkeşlər önündə qol buraxmayıblar. Bəxtiyar Həsənalızadənin VI turun oyununun 8-ci dəqiqəsindən sonra başlayan quru seriya “Zirə” ilə XIX turun görüşündə 712 dəqiqəyə çatıb.
 
Evdə 7 matçda qol buraxmayan “Qarabağ” tarixinin 2-ci nəticəsini təkrarlayıb. Bu, ağdamlıların 1995-ci ildə imza atdığı seriyanın təkrarı olsa da, 2 il əvvəlki rekorda çatmaq üçün daha 3 görüşdə qol buraxmamalıdır.
 
Qeyd edək ki, “Qarabağ” məğlubiyyətsiz seriyalarını da uzadıb. Ağdam klubu evdə 15, ümumilikdə 11 görüşdür uduzmur.
Tarix: 12 Mart [12:50]
Oxunub: 76 dəfə
Müəllif: Aut.az

"Azərbaycanda kazino olmadığı üçün özümü sakit hiss edirdim"

Aut.az

SOS: Azərbaycan çempionatında “danışılmış oyun”? - FOTO

Aut.az

Reytinq: “Qarabağ” “Milan”ı və “Valensiya”nı qabaqladı

Aut.az

"Qarabağ" rəsmiləri Portuqaliyada həndbola baxdı

Aut.az

Millimiz yenə böyükhesabla uduzdu

Aut.az

Azərbaycan - Qazaxıstan oyununun hakimləri bilindi

Aut.az

"Qarabağ" qayıtdı - FOTO

Aut.az

"Qarabağ" Portuqaliyada 2 qolla uduzdu

aut.az

Azərbaycan Premyer Liqasında IV turun rəmzi komandası

Aut.az

Tahir Süleymanov həqiqəti dedi: “Əcnəbilər yaşıl "paçka"larından imtina etməzlər”

Aut.az