“Zirə”də olan rəhbər vəzifələr nəyə lazımdı?!

Tahir Süleymanov
 
"Zirə" son mövsümlərin ən stabil komandalarından biridi. İddialı klubların dağılması, zəifləməsindən maksimum yararlanan yeni yaradılmış "Zirə" qış fasiləsindən sonra geriləməkdə davam edir.
 
Düzdü, 3-cü yeri hələ ki, qoruyurlar, ancaq xal fərqi kritik həddə çatıb. Belə davam etsələr, nəinki 3-cülük əldən çıxacaq, 4-dən aşağı enə bilərlər...
 
"Zirə" klub rəhbərliyi olaraq heç vaxt önə çıxmayıb. Baş məşqçi(lər), futbolçular istər meydanda, istərsə meydandan kənarda gündəmdə olub, komanda ilə yanaşı, klubun da yükünü daşıyıblar...
 
Bir-iki mövsüm "Zirə"nin ciddi rəqib kimi qəbul olunmaması işlərinə yarayırdı. "Kölgə"də qalaraq komandanı formalaşdırıb Avropaya da daşıya bildilər. Hətta yeni klub olduqları üçün ilk mövsüm qazandıqları uğuru başqalarına hədiyyə də etdilər. Artıq "Zirə"nin "gizlənmək" şansı yoxdu. Rəqibləri onları ciddi qəbul edir, hesablaşırlar...
 
Nə baş verdisə, Qəbələ səfərindən sonra baş verdi. "Zirə" klub olaraq tək meydanda deyil, kənarda da ciddi psixoloji zərbə aldı. Hiss olunur ki, bu "zədə"dən hələ sağalmayıblar.
 
Baş məşqçi komandanı arxasınca apara bilər, aparmalıdı. Klubun tam yükünü öz üzərinə davamlı götürə bilməz. Buna zaman, güc yetməz. Müəyyən müddətdən sonra fəsadları görünəcək. Necə ki, artıq büruzə verməyə başlayıb...
 
Sanki "Zirə"nin prezidenti, vitse-prezidenti, icraçı, idman direktorları yoxdu. İctimaiyyətdə klubu təmsil edən, məsuliyyəti üzərlərinə götürən baş məşqçi və mətbuat xidmətidi. Baş məşqçinin əsas fikri, düşüncəsi futbolçulara, onların hazırlığına, oyunların təhlilinə, nəticə qazanmağa yönəlməlidi.
 
Komanda ilə birlikdə isə klubu qorumaq birbaşa rəhbərliyin üzərinə düşür, məsuliyyət daşıyırlar. Beyin yükləndiyi anda baş məşqçi təzyiq altında olur, bütün bacarığını komandaya ayıra bilmir. Əgər klubun tam yükünü baş məşqçi daşıyacaqsa, onda klubda olan rəhbər vəzifələr nəyə lazımdır?!
 
Bu, tək "Zirə"yə aid deyil, istənilən peşəkar klubda belə olmalıdı. Söhbət günlərlə mətbuatın diqqətində, gündəmdə olmaqdan getmir. Lazımı anda klubu, komandanı qorumaq, məşqçi və futbolçulara dəstəkdən gedir. Əks halda, baş məşqçi və futbolçular özlərini kimsəsiz hiss edir və sonda meydandakı nəticələrdə özünü göstərir...
 
Müasir futbolun 4-5 ən mühüm faktorlarından biri də psixologiyadı. Psixoloji rahatlığı olmayan klub/komanda istədiyi uğuru qazana bilməz. "Zirə" tez bir zamanda dönüş yaratmağı bacarmalıdı... 
 
Futbolda heç kim uğursuz nəticələrdən sığortalanmayıb. Əsas amillərdən biri çətin durumda vəziyyətdən çıxmaq bacarığının olmasıdır. Ayxan Abbasov və futbolçular son turları ciddi təhlil edib dönüş yaratmalıdırlar. Onlarda bu potensial var və bunu dəfələrlə göstəriblər. Təbii, klub rəhbərliyinin onları qoruması, dəstək verməsi, "Zirə"nin komanda yox, klub olmasını ötən mövsümlər olduğu kimi sübut etməkləri şərtilə...
Tarix: 12 Mart [13:50]
Oxunub: 104 dəfə
Müəllif: Aut.az

"Azərbaycanda kazino olmadığı üçün özümü sakit hiss edirdim"

Aut.az

SOS: Azərbaycan çempionatında “danışılmış oyun”? - FOTO

Aut.az

Reytinq: “Qarabağ” “Milan”ı və “Valensiya”nı qabaqladı

Aut.az

"Qarabağ" rəsmiləri Portuqaliyada həndbola baxdı

Aut.az

Millimiz yenə böyükhesabla uduzdu

Aut.az

Azərbaycan - Qazaxıstan oyununun hakimləri bilindi

Aut.az

"Qarabağ" qayıtdı - FOTO

Aut.az

"Qarabağ" Portuqaliyada 2 qolla uduzdu

aut.az

Azərbaycan Premyer Liqasında IV turun rəmzi komandası

Aut.az

Tahir Süleymanov həqiqəti dedi: “Əcnəbilər yaşıl "paçka"larından imtina etməzlər”

Aut.az