Oyun vaxtı tualetə qaçdı - VİDEO

İpaniya La Liqasının son turunun “Eybar” – “Real” matçında maraqlı hadisə yaşanıb.

Oyunun 73-cü dəqiqəsində hesab 1:1 olarkən “kral klubu”nun kapitanı Serxio Ramos baş hakimə yaxınlaşıb nəsə dedikdən sonra tribunanın altında yerləşən otağa qaçıb. Təcrübəli müdafiəçi 5 dəqiqə sonra isə yenidən meydana qayıdıb.

Oyundan sonra keçirilən mətbuat konfransında Madrid təmsilçisinin baş məşqçisi Zinəddin Zidan Ramosun niyə belə etməsinin səbəbini açıqlayıb: “Ramosun qarnı ağrıyırdı. Təcili tualetə getməli idi”.

Maraqlıdır ki, futbolçu özü də şəxsi “Twitter” hesabında Zidanın dediklərini təsdiqləyib: “Bu, təbiətin çağırışıdır. Getdim, enerji yığıb qayıtdım. Bundan sonra qol vurduq. Artıq evə getmək vaxtıdır. Sükanı belə saxlamalıyıq”.

Qeyd edək ki, “Eybar” – “Real” oyunu qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Tarix: 11 Mart [15:00]
Oxunub: 80 dəfə
Müəllif: Aut.az

"Qarabağ"ın futbolçuları əsgərlərlə futbol oynadı - VİDEO

Aut.az

Yapon futbolçudan fantastik qol - VİDEO

Aut.az

Reynaldodan “dubl” - VİDEO

Aut.az

Spiker canlı yayımda hönkür-hönkür ağladı - VİDEO

Aut.az

“Tottenhem“ - “Lester“ 5:4 - VİDEO

Aut.az

"Levante" - "Barselona" 5:4 - VİDEO

Aut.az

Elxan Məmmədov sualları cavablandırdı - TAM VİDEO

Aut.az

”Genqam” - ”Marsel” 3:3 - VİDEO

Aut.az

Holland futbolçu 40 metrdən avtoqol vurdu - VİDEO

Aut.az

Türkiyə Kuboku yeni sahibini tapdı - VİDEO

Aut.az