Rəfiyev pul qazandığı futbolçulara qarşı: o, “Sumqayıt”ı təyinatından sonra “bəyənib”

Daha heç nə. “Prezident” sözü bu qədər ucuzlaşdısa, deməli, ölkədə futbol heç kimə lazım deyil. İndi futbol bir qrupun əlində qazanc vasitəsi, dost-tanışı başına toplayıb, ciblərini doldurmaq imkanıdı.
 
“Sumqayıt” futbol klubunda Müşahidə Şurasının növbəti iclası keçirilib. Gözlənildiyi kimi, Riad Rəfiyev təsisçilərə təqdim edilib və o, prezident təyin olunub. Göndərən AFFA, rəsmiləşdirən də elə AFFA-dı.
 
Vaxtilə “Neftçi”nin rəhbəri olmuş Rasim Rəfiyevun oğlu Riad Qurban Qurbanovun milli komandaya gəlişi ilə kənarda qalmışdı. O, uzun illərdi millinin meneceri kimi çalışan Rəfiyevi öz komandasında görmək istəməmişdi. İşi-gücü futbolçu transferi ilə məşğul olmaq, onlardan qazanc götürmək olan yeni prezident vəzifə səlahiyyətlərindən sui-istifadə edirdi. Azərbaycana gətirilərək milliləşdirilən onlarca bacarıqsız əcnəbinin transferində də bu şəxsin imzası var.
 
Baş katib Elxan Məmmədovun dostu, tərcüməçisi, yığmadakı “qulağ”ı olan Riad bəy “Sumqayıt”a da hamisinin dəstəyi ilə gəlib. Kamran Quliyevin “Neftçi”yə göndərilməsindən sonra kluba nəzarət başqasına keçməsin deyə, öz adamını bura yerləşdirmək Məmmədov üçün prioritet hədəf idi. Zaur Hacıməhərrəmov variantı alınmayandan sonra Riad ön plana çıxdı və təyinat reallaşdı.
 
Bəlkə də uğurlu təyinatdı – işini görmədən qiymət vermək olmur. Lakin idarəçilikdə heç bir təcrübəsi olmayan, həmişə yalnız futbolçulardan faiz tutmaqla məşğul olan birinin Sumqayıt boyda şəhərin komandasına rəhbərlik etməsi asan olmamalıdı. Üstəlik, baş məşqçi Samir Abasov komandanı avrokuboklara bu qədər yaxınlaşdırmışkən “Sumqayıt”ın daha ağıllı idarə edilməsinə ehtiyac var.
 
Avropa Liqasına vəsiqə uğrunda mübarizədə “Sumqayıt”ın əsas rəqibi “Neftçi”di. Bu, həmin komandadı ki, dünənədək Rəfiyev o komandanın bazasında yatır, futbolçu satıb, pul qazanırdı. İndi də Namiq Ələsgərov,Elnur Cəfərov və Rəhman Hacıyevin şəxsi meneceri Riaddı. Və bu futbolçular maaşlarından faiz verdikləri Rəfiyevlə rəqibdilər. Bu məqam sabah şübhəli oyunların ortaya çıxmasında ciddi rol oynaya bilər.(futbolinfo)
 
Maraqlıdı ki, Rəfiyev bəlkə də son günlərə kimi bu variantı heç ağlına gətirmirmiş. O, təyinatından yalnız bir neçə saat sonra bu klubla maraqlanıb. Dünən 21.40-da isə Riad “Sumqayıt”ın feysbuk səhifəsini izləyərək bəyənib. Yəni, “tanışlığa başlayıb”.
 
Yəni prezident kreslosu bu qədər alçaqdadı ki, hər yoldankeçən ora əyləşə bilir?
 
Tarix: 10 Mart [14:20]
Oxunub: 274 dəfə
Müəllif: Aut.az

"Futbolçuların əziyyətinə heyfim gəlir" - Qurban Qurbanov

Aut.az

“Qarabağ” qalib gəldi

Aut.az

Əmircanov Türkiyə klubunda

Aut.az

“Neftçi” “Qəbələ”yə məğlub oldu

Aut.az

Elvin Yunuszadənin yeni klubu rəsmən açıqlandı

Aut.az

"Qarabağ" - "Səbail" START HEYƏTLƏR

Aut.az

Qurban Qurbanovla Rəşad Sadıqov milli üzvləriylə görüşdü

Aut.az

Məşhur türk mütəxəssis Azərbaycanı təbrik etdi - FOTO

Aut.az

“Neftçi” Qəbələ səfərində, “Qarabağ” “Səbail”ə qarşı - BU GÜN

Aut.az

Arda Turanın həsrəti bitdi

Aut.az