"Rəvan"la "Şərurspor" yoxdu, bəs oyun «alver»i niyə hələ bitməyib?

AFFA danışılmış oyunlarla bağlı xüsusi anonim e-mail açıb.
 
Bu barədə qurumun baş katibi Elxan Məmmədov XXV Hesabat Konfransında bildirib.
 
O, futbol ictimaiyyətini bu cür hallarla rastalaşan zaman AFFA-ya məlumat verməyə səsləyib: “Bugündən etibarən email açılıb. Şübhəli məqamlar varsa, yazın.
 
Bu cür məlumatları bildirmirsizsə, onda siz də bu işin iştirakçısı olursuz.  Əfsuslar olsun ki, danışılmış oyunlarla bağlı virus geniş yayılmaqdadı. Hələlik başlanğıc mərhələsindəyik. Keçən ildən başlayaraq mühafizə orqanları ilə əməkdaşlıq edirik.
 
Bu mübarizəni davam etdirəcəyik. Məşqçilərimiz, hakimlərimiz, futbolda işləyən digər şəxslərdən xahiş edirəm ki, bu mübarizəyə qoşulsunlar. Biz bu virusu məhv etməsək, o, bizi məhv edəcək”.
 
«Neftçi», «Sumqayıt», «Kəpəz», «Səbail» və «Keşlə» AFFA-nın hesabına nəfəs alır. Müstəqilliyini itirmiş bu klubların maliyyəsi SOCAR-dan, idarəçiləri federasiyadandı.
 
Oxşar vəziyyət I Diviziondadı. Hətta aşağı dəstədə AFFA-dan asılılıq daha biabırçı forma alıb. AFFA-nın bayrağı altında keçirilən «SOCAR-ın Bakı və Bakıətrafı qəsəbə çempionatları»nın iştirakçıları vahid bir mərkəzdən idarə olunur. 

AFFA 90-ların axırına yaxın «Şəfa» adlı klub yaratmışdı. 2002-ci ildə OqtayAbdullayevin baş məşqçisi olduğu «Neftçi» kubokun Sumqayıtda keçirilən finalında «Şəfa»ya qəsdən 2:1 uduzdu və AFFA-nın himayəsindəki komanda ilk dəfə UEFA Kubokunda çıxış etdi.
 
Federasiya növbəti ildə də «Şəfa»sını avrokuboklarda görmək istədi, onu güclülər dəstəsinin ilk «altılıq» qrupuna saldı. Və burda da inanılmaz dəstəyini hakimlərin, hazırda bu komitəyə sədrlik edən Xaqani Məmmədovun vasitəsilə «Şəfa»ya göstərməyə çalışdı.
 
Klublar ayağa qalxdı, sözü bir yerə qoydu, AFFA-nın əleyhinə birləşdi. Mübarizənin 1 ildən artıq çəkən son periodu Fuad Musayevin prezident postundan uzaqlaşması, «Şəfa»nın tədricən dağılmasıyla nəticələndi. Bu, güc birliyininin sayəsində mümkün oldu.
 
Bu gün situasiya 180 dərəcə fərqlidi – miüstəqil klubların sayı dəhşətli dərəcədə azalıb,
 
AFFA-nın ixtiyarındakıların sayı sürətlə çoxalıb. Onları idarə edənlər isə danışılmış oyunlara qarşı mübarizə apardığını iddia edən Elxan Məmmədova yaxın kadrlardı. Yalandan üzə durmasın, hamısı onun şinelindən çıxanlardı. İndi kimdən kimə şikayət edəsən?
 
Baş katibin məktəbini keçmiş klub rəhbərlərindən anonim məktub yazmaq, guya nəyi dəyişəcək ki? Bəyəm, E.Məmmədov bilmir ki, vəzifəyə əyləşdirdiyi tərəfdarları nə iş görür? Bilsə belə, onları cəzalandırandı? Bu, ilk növbədə baş katibin özünə, reputasiyasına qurşaqdan aşağı zərbə olar. Kim öz ayranına turş deyər?
 
Məmmədov qətiyyən yol verməz ki, yuxarı dairələr qarşısında üzünə söz gəlsin? Sudan quru çıxmaqdı asdı o. Mən ölü, siz diri - baxarsız, ona biət etmiş klubları yenə qoruyacaq, boyun əyməyənləri bu adla ləkələyəcək. «Şərurspor»u, «Rəvan»ı, «Şahdağ»ı elədiyi kimi. Bu klublar, üstəlik, «Şəmkir» və «Bakılı» cari mövsümdə divizionda yer almır.
 
İstər baş katibin, istərsə də İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədovun açıqlamalarından bəlli olur ki, UEFA-dan AFFA-ya ötürülən məxfi sənədlərdə ən çox aşağı dəstənin oyunları şübhə altına alınıb. AFFA Nuru Əliyevi, Sərdar Bağırovu ortaya sübut qoymadan futboldan çıxdaş edəndə, deyirdilər ki, «stavka» bazarı yığışdı, bir də olmayacaq. Onlar ki yoxdu, bazar niyə bu gün də açıqdı onda? Kimdi «qara bazar»ın gözəgörünməz «krişa»sı?
 
AFFA-nın oyunların nəticəsinin manipulyasiyası cəhdlərinə qarşı mübarizəsi səmimi gəlmir mənə. «Xırda balıqlar»ı cəzalandırmaq bu kimi çirkin hallarla sərt mübarizə mənası vermir. Mən hələ görmədim kimi, Elxan Məmmədov özünə yaxınlığı ilə bilinən istənilən bir klubda belə bir faktın izinə düşsün, aşkarlasın və ictimailəşdirsin. Bu yolu tutsa, həqiqətən də futbola xidmət etmiş olar. Amma bu xidmət lazımdımı ona?
 
«Qazan bağlı qaynasa yaxşıdı» - baş katibin qeyri-rəsmi lozunqu belədi. Anonim e-mail açmaq virusla uğurlu mübarizə vasitəsi hesab oluna bilməz. FİFA bu praktikadan hələ 2011-ci ildə istifadə edib. Nə vaxt ki, Zepp Blatter onda prezidenti idi sözügedən ali təşkilatın.
 
Blatter hakimiyyəti futbolun içinə soxulmuş qeyri-leqal bukmeyker kontorlarına açıq savaş elan etdi və qısa müddət sonra bilindi ki, bunlar hamısı blef imiş.(sportinfo)
 
Federal Təhlükəsizlik Bürosu və digər gizli servislər dəqiqləşdirdi ki, əslində, Blatterin, ona yaxın üst işçi heyətinin özü çirkin oyunların «qəhrəman»ıymış və baş verənlər birbaşa bu «çete»nin nəzarəti altındaymış…
Tarix: 9 Mart [18:40]
Oxunub: 153 dəfə
Müəllif: Aut.az

“Sabah”ın maliyyəsini kim təmin edir?

Aut.az

Millimizin heyəti açıqlandı

Aut.az

Azərbaycan Premyer Liqasında son turun hakim təyinatları

Aut.az

"Qarabağ" "Atletiko"nu təbrik etdi - FOTO

Aut.az

Camalxanovun gözləməkliyi

Aut.az

AFFA qazonları sevgidən yox, məcburiyyətdən dəyişir

Aut.az

“Dalğa Arena”nın direktoru həmkarlarını ifşa etdi

Aut.az

Elxan Məmmədov “Sumqayıt”ı Avropa Liqası üçün yumruğa çevirdi

Aut.az

“Qarabağ”ın futbolçuları cəbhə bölgəsində - FOTOLAR

Aut.az

AFFA-nın təşkilatçılığı ilə turnir keçiriləcək

Aut.az