Elnur Məmmədlinin adı ev qalmaqalında hallanır - FOTO/VİDEO

Olimpia çempionu Elnur Məmmədli və bacısı Elnarə Məmmədlinin adı qalmaqalda hallanır.
 
Aut.az-ın məlumatına görə, ölkə.az-a müraciət edən şikayətçi Alxasova Zeynəb iddia edir ki, Elnur Məmmədlinin bacısı Elnarə Məmmədli onu zorla evindən çıxartmaq istəyir. Bu işdə Elnur Məmmədlinin özü də ona yaxından kömək edir. Belə ki, onun sözlərinə görə, 2013-cü ildə Elnarə Məmmədlinin qeyri-rəsmi nikahda yaşadığı Hüseynov Hüseyn Tapdıq oğlundan qeydiyyat yolu ilə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən 4-1 A adlanan evi 71 min dollara alıb. Şikayətçi bildirir ki, evi alarkən aldadılıb. Aldığı evə Hüseynov Hüseyn həm də qeyri-rəsmi nikahda yaşadığı Elnarə Məmmədlinin 3 uşağını qeydiyyata salıb. Hüseyn Hüseynov Alxasova Zeynəblə onları 4-1 A yox, 4 D adlanan evə qeydiyyata salıb. Bəhanə edib ki, 4-1 A adlanan evin sənədlərində problem olduğu üçün eyni həyətdə yerləşən 1 otaqlı 4 D ünvanına qeydiyyata salacaq, amma 4-1 A ünvanında yaşayacaqlar.
 
Aldadıldığından xəbərsiz olan Alxasova Zeynəb 2014-cü ilin əvvəlindən Elnur Məmmədli və Elnarə Məmmədli tərəfindən evdən çıxarılmaqla bağlı hədələrə məruz qaldığını bildirib. Hətta Elnur Məmmədlinin ona "gedin başınızın çarəsinə baxın ev bizimdir" söylədiyini qeyd edib. Evin sahibinin Hüseynov Hüseyn olmasına baxmayaraq, Elnarə Məmmədli evi qardaşı Elnur Məmmədlinin tikdirdiyini söyləyib. Alxasova Zeynəbin sözlərinə görə, onlar bunu sübut edə bilmir və ona görə də 4 ildir ki, məhkəmə prosesləri davam edir. 
 
Alxasova Zeynəb evinin 4-1 A olduğunu hər yerdə sübut etdiyini bildirib. Şikayətçinin sözlərinə görə, 4-1 A 2 mərtəbəli evdir, 4 D isə eyni həyətdəki 1 otaqlı evdir. O, 4-1 A adlanan evdə yaşadığını sübut kimi 4 illik kommunal ödənişlərin qəbzlərinin üzərində göstərilən ünvanın 4 D yox, 4-1 A olduğunu vurğulayıb. Lakin məhkəmələrin bu və digər sübutları görməzdən gəldiyini, Elnur Məmmədlinin öz şəxsi nüfuzundan istifadə edərək onlara təzyiq edərək özlərinə sərf edən formada qərar verilməsinə nail olduğunu qeyd edib.
 
Ölkə.az-a açıqlama verən Olimpia çempionu Elnur Məmmədli isə məsələdən xəbərdar olduğunu bildirib: "Əlimizdə məhkəmə qərarı var. Məhkəmə qərarı hər şeydən üstündür. Əsas məhkəmənin fikridir. Mənlik bir şey yoxdur".
 
Fanat.Az
 



 
 
Tarix: 6 Mart [19:40]
Oxunub: 126 dəfə
Müəllif: Aut.az

"Ağsu" - "Sumqayıt-2" 0:3 - VİDEO

Aut.az

"Neftçi-2" - "Turan Tovuz" 1:0 - VİDEO

Aut.az

"Qarabağ"ın rəqiblərinin duelinə 6 qol - VİDEO

Aut.az

"Fənər"i "dağıtdılar" - VİDEO

Aut.az

"Sportinq" - "Qarabağ" 2:0 - VİDEO

Aut.az

Arvadı futbolçunun xəyanət videosunu paylaşdı - VİDEO

Aut.az

Firdovsi Umudovun 23 il əvvəlki görüntüləri YAYILDI - VİDEO

Aut.az

“Qarabağ”ın Lissabon səfəri - VİDEO

Aut.az

Quliyevdən məhsuldar ötürmə - VİDEO

Aut.az

İlham Əliyev və Ərdoğanın şərəfinə 100 qurban kəsdi - VİDEO

Aut.az