ABŞ basketbolçusuna Rusiya vətəndaşlığı verildi

Rusiya prezidenti Vladimir Putin "Rusiya Federasiyası vətəndaşlığına qəbul olunma və vətəndaşlıqdan çıxarılma haqqında" sərəncam imzalayıb.
 
Vətəndaşlıq ümumilikdə 73 nəfərə verilib. Onların arasında 3 azərbaycanlı da var. Bunlar 16 yanvar 1975-ci ildə doğulmuş Ağayeva Elmira Alman qızı, 15 noyabr 1974-cü ildə anadan olmuş Qarayev Sabir Temirxan oğlu (övladları - 16 dekabr 2005-ci ildə doğulmuş Süleyman, 15 dekabr 2008-ci ildə doğulmuş Mehman və 14 yanvar 2015-ci ildə doğulmuş Mehdi ilə birgə) və 2 aprel 1980-ci il təvəllüdlü Mürsəlov Elxan Zakir oğludur.
 
Ermənistan, Əfqanıstan, Tacikistan, Ukrayna, Özbəkistan, Moldova, Vyetnam, Belarus, Suriya, Kuba, Gürcüstan və Qırğızıstandan olan şəxslərə də vətəndaşlığın verildiyi siyahıda ABŞ basketbolçusu Cammira Folkner də var. Daha 4 şəxs isə Rusiya vətəndaşlığından çıxarılıb.
Tarix: 3 Mart [13:00]
Oxunub: 130 dəfə
Müəllif: Aut.az

İdman tarixində ən bahalı müqavilə imzalandı

Aut.az

Rəcəbli 8-ci dəfə dünya çempionu oldu

Aut.az

Bu gün Azərbaycanın Müstəqillik Günüdür

Aut.az

Millimizin iki üzvü Finlandiya klubunda

Aut.az

Azərbaycanın 2 boksçusu Avropa çempionu oldu

Aut.az

Ramil Quliyev finalda

Aut.az

Adil Əliyev Avropada mükafatlandırıldı

Aut.az

Azərbaycanlının klubunda döyüşüb - Həbib Nurməhəmmədov

Aut.az

İdman jurnalisti intihar etdi

Aut.az

Həbib Makqreqorla revanş döyüşündən və 15 milyondan imtina etdi

Aut.az