Peşəkar güləşçinin qatilinə 18 il həbs - Azərbaycanda

Bakıda peşəkar güləşçi olan dostunu qətlə yetirməkdə təqsirləndirilən Loğman Alıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
 
Loğman Alıyev 18 il müddətinə azadlıqdan məhrum edilib.
 
İttihama görə, Loğman Alıyev peşəkar güləşçi olan dostu Elçin Tapdıqovu bıçaqlayaraq öldürüb.
 
Məlum olub ki, tərəflər arasında daha əvvəl də problemlər olub.
 
Məhkəmədə ifadə verən Loğman Alıyev bildirib ki, onun Elçini öldürmək niyyəti olmayıb: 
"Kafedə oturub pivə içirdim. Yanımda iki tanışım da vardı. Elçin kafenin qabağından keçəndə biz tərəfə baxıb söyüş söydü. Daha əvvəl də aramızda söz-söhbət olub. Mən onu çağırıb söyüşü kimə söydüyünü aydınlaşdırmaq istədim. O, əvvəllər dəfələrlə bizim evdə olub, birlikdə çörək kəsmişik. Amma 2 dəqiqə keçməmiş özü qayıtdı. Ondan söyüş söyməsinin səbəbini soruşmaq istədim. Dedi ki, yaxşı edib söyürəm”.
 
Loğman Alıyev qeyd edib ki, məsələni aydınlaşdırmaq üçün Elçinlə heç kimin olmadığı yerə gediblər. Onun sözlərinə görə Elçin həmin ərəfədə onu yenə söyüb:
 
"Elçin qayıdanda maşınında başqa adamlar da var idi. Söhbətə başlayanda Elçin yenə də söyüş söyürdü. O da içkili idi. Birinci o məni vurdu. Sonra da yanında olanlar məni vurmağa başladılar. Başıma o qədər vurdular ki. Mən də bıçağı çıxarıb özümü müdafiə etmək üçün sağa-sola hərəkət etdirdim. Onu öldürmək istəmirdim. Əgər bıçağı çıxarmasaydım, məni öldürəcəkdilər”.
Tarix: 2 Mart [20:40]
Oxunub: 126 dəfə
Müəllif: Aut.az

Günün oyunları - TV

Aut.az

Ölü tapıldı

Aut.az

Şəhriyar Məmmədyarov ata oldu - FOTO

Aut.az

Dopinq aşkarlandı

Aut.az

8 yaşlı gimnast öldü

Aut.az

Ramil Quliyevin məşqçisi Türkiyə vətəndaşı oldu

Aut.az

Günün oyunları - TV

Aut.az

Ölü tapıldı

Aut.az

Tayson Daşkənddə lüks yaşayış binası aldı

Aut.az

Püşk atıldı - Koreyalılar Bakıda birləşəcək

Aut.az