"Qarabağ Vyana" klubunun geniş yığıncağı keçirilib - FOTOLAR

Avstriyanın III Liqasında çıxış edən "Qarabağ Vyana" futbol klubunun geniş yığıncağı keçirilib. 
 
"Report"un məlumatına görə, hesabat xarakterli sayca üçüncü dəfə təşkil olunan tədbiri klubun avstriyalı vitse-prezidenti Manfred Modli açıb. 
 
Əvvəllər Avstriya hökuməti şurasının məsləhətçisi olmuş, "Bavag Bank"da uzun müddət idarə heyətində icraçı direktor vəzifələrində çalışmış, hazırda isə Avstriya Kanoe Federasiyanın prezidenti olan Manfred Modli çıxışında Qarabağın Azərbaycan dilində mənasından, ölkə üçün əhəmiyyətindən, klubun adı və tarixindən danışıb. O bildirib ki, Qarabağ tarixən Azərbaycanın önəmli bir regionu olub və ölkə tarixi, mədəniyyəti, incəsənətində xüsusi əhəmiyyət kəsb edib. 
 
"Qarabağ Vyana"nın prezidenti Orxan Vəliyev klub qurulan gündən bu vaxta kimi qarşıya qoyulan hədəflərdən və həyata keçirilən uğurlardan bəhs edib. O həmçinin cari ildə klubun hədəflərindən, infrastrukturundan da söz açıb. 
 
Klubun baş meneceri Ramin Şükürov isə İdarə Heyətinin gedişatdan razı olduğunu söyləyib. O, çıxışında klubun effektiv idarəçiliyinin inkişaf mexanizmi, müddəti, problemləri və onların həlli yollarından bəhs edib, idarəçilik, klubun spesifik sahələrdə irəliləyişi, layihələr və infrastruktur barədə danışıb. 
 
"Qarabağ Vyana"nın marketinq meneceri İvonne Tonhofer, baş məşqçi Volkan Kahraman, akademiyanın futbol məktəbinin direktoru Mehmet Demir də tədbirdə çıxış ediblər. 
 
Toplantıda hər il "Qarabağ Vyana" futbol klubunun hesabat xarakterli böyük iclasının keçirilməsi qərara alınıb. 
Tarix: 2 Mart [10:42]
Oxunub: 195 dəfə
Müəllif: Aut.az

İtalyan aparıcılar "Instaram"ı "partladır" - FOTOLAR

Aut.az

Ronaldoya əxlaqsız təklif: "Qol vursan..." - FOTO/VİDEO

Aut.az

Futbolçunun sevgilisi "Instagram"ı partlatdı - FOTOLAR

Aut.az

Məşhur futbolçu tanınmaz halda - FOTOLAR

Aut.az

Neymarın müğənni ilə əyləncə görüntüləri yayıldı - FOTOLAR

Aut.az

İndi də baldızı gündəmdən düşmür - FOTOLAR

Aut.az

Məşhur idmançı özündən 14 yaş balaca gözəllə yaxalandı - FOTOLAR

Aut.az

Xanım idmançıdan şok açıqlama: "Tək gecəlik..." - FOTOLAR

Aut.az

"Qalatasaray"ın yeni "gəlini" sosial mediada gündəm oldu - FOTOLAR

Aut.az

“Xəzər TV”nin xanım aparıcısı məşqdə - FOTO

Aut.az