Tərtərdə yeni stadion tikilir, bəs futbol klubu? - FOTOLAR

Tərtər rayonunda yeni Olimpiya İdman Kompleksinin (OİK) təməlqoyma mərasimi keçirilib. 
 
Sportinfo.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev və digər rəsmilər iştirak ediblər.
 
A.Rəhimov çıxışında dövlət başçısı və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana, idmançılara çox böyük qayğı və diqqət ayırdığını bildirib. O, hazırda ölkədə 43 OİK-in fəaliyyət göstərdiyini və artıq 44-cü OİK-in təməlinin qoyulduğunu vurğulayıb.
 
Nazirin sözlərinə görə, bu il Lənkəran və Beyləqanda da belə komplekslər istifadəyə veriləcək. A.Rəhimov xüsusi olaraq vurğulayıb ki, cəbhə bölgəsində yaşayan gənclərin sağlam həyat tərzi sürmələri, onların idmanla rahat məşğul olmaları üçün təməli qoyulan OİK müstəsna rol oynayacaq.
 
Qeyd edək ki, Tərtər Olimpiya İdman Kompleksinin Prezident İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulub.
 
4 hektarlıq sahədə tikiləcək kompleksin 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulur. OİK-də 1036 tamaşaçı tribunası olan, müxtəlif idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan universal idman zalı, 174 tamaşaçı tribunası və 24x12 olçüdə üzgücülük hovuzu olan üzgüçülük zalı, 152 tamaşaçı tribunası olan güləş zalı, boks və trenajor zalları, 54 çarpayı yerlik 22 otaqdan ibarət mehmanxana, restoran, mətbəx, həkim otaqları, hakimlər üçün otaqlar, işçi otaqları, tamaşaçılar üçün sanitar qovşaqlar, digər texniki və köməkçi otaqlar, hər bir idman zalı üçün ayrı-ayrılıqda soyunub-geyinmə, sanitar qovşaq və duş otaqları, fiziki imkanları məhdud olan tamaşaçıların və idmançıların Kompleksdən tam və təhlükəsiz istifadə etmələri üçün bütün zəruri şəraitin yaradılması nəzərdə tutulub.
 
Tərtər Olimpiya İdman Kompleksininin hazırlanmış baş planına əsasən, ərazidə 1000 nəfərlik tamaşaçı tribunası olan futbol stadionu, mini-futbol meydançası, voleybol - basketbol meydançaları inşa ediləcək. 
Tarix: 28 Fevral [15:50]
Oxunub: 180 dəfə
Müəllif: Aut.az

Ronaldo indi də bu gözələ yazır - FOTOLAR

Aut.az

Sneyderin arvadının çılpaq fotoları sosial medianı "partlatdı" - FOTOLAR

Aut.az

Bu gözəli 600 min nəfər izləyir - FOTOLAR

Aut.az

Futbolçunun sevgilisi: "İki hobbim var, soyunmaq və..." - FOTOLAR

Aut.az

Neymar seçkilərə görə sevgilisindən ayrıldı - FOTOLAR

Aut.az

Dünyanın ən yaxşı 10 stadionu - FOTOLAR

Aut.az

Məşhur qapıçının həyat yoldaşından "yandıran" - FOTOLAR

Aut.az

Bu futbolçunun yaşı ölkəni qarışdırdı - FOTOLAR

Aut.az

"Kurtlar Vadisi Türkiyə Futbolu" - FOTOLAR

Aut.az

"Balotelli yataqda ondan daha yaxşıdır" - FOTOLAR

Aut.az