İdmançı ilə evli olan azərbaycanlı müğənni: "Ərim qızlarla yazışır" (FOTO/VİDEO)

İdmançı Anar Heydərovla evli olan müğənni Zenfira İbrahimova şəxsi həyatından danışıb.
 
Aut.az xəbər verir ki, "Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, müğənniliklə ailəni eyni anda qoruyub saxlamaq çətindir: 
 
"Elə ən yaxşısı müğənni ilə ailə qurmaqdı. İşləyir, qazanır, yeyirsən. Hər bir ailədə söz-söhbət, dedi-qodu, dava da var. Hətta müsibətlər də qopur, boşqab da atılır. Amma bizim ailədə söz-söhbət mənim sənətimə görə olmur. Ola bilər ki, Anar kobudluq edər, mənim xoşuma gəlməz. Amma sənətlə ailə həqiqətən çətindir. Onu da bacarmaq hər qadının və kişinin işi deyil. İndi eləsi var ki, dünən ailə qurub, əri deyib ki, oxuma, o da razı olmayıb, boşanıb. Bu düzgün deyil. Etibar qazanmaq lazımdır. Hörmət saxlamaq lazımdır. 
 
Nə olsun ki, sən çox qazana bilərsən, amma ailədə evinin xanımı, uşaqlarının anası olmalısan. Mənim fikrimcə, ailəni qoruyub saxlamaq çətindir və məsuliyyət tələb edir. Onun da öhdəsindən bacardığım qədər gəlirəm. Mən harasa gedəndə yoldaşım bilir. Çünki özüm öncədən xəbərdar edirəm. Bir az bizim xanım müğənnilərdə adət halını alıb. Azadlığa çıxmaq istəyirlər. Mən də azad yaşayıram. Amma harasa gedəndə yoldaşıma deyirəm. Amma bəziləri bundan sıxıntı çəkir. Amma aramızda yüngül söhbətlər olur. Məsələn arada görürəm ki, Anar "Instagram"da mesaj bölməsində qızlarla yazışır. Onda da əsəb keçirirəm”.

 

 

Tarix: 28 Fevral [15:15]
Oxunub: 154 dəfə
Müəllif: Aut.az

Sumqayıtda "Topaz" işçisini öldürənlər - VİDEO

Aut.az

“Qarabağ”dan tarixi uğurla bağlı təsirli paylaşım - VİDEO

Aut.az

Neymarın cangüdəni UFC döyüşündə nokautla uduzdu - VİDEO

Aut.az

Belə zədələnən futbolçu görmüşdünüz? - VİDEO

Aut.az

Nasimovdan dubl, Nasimovdan dubl, "Keşlə" "Qarabağ"ı məğlub etdi - VİDEO

Aut.az

Ruhin Əliyevin yetirmələrindən növbəti qələbə - VİDEO

Aut.az

Musa Qurbanlıdan SUPER QOL - VİDEO

Aut.az

Əlini sıxmadı - FOTO/VİDEO

Aut.az

“Hoffenhaym” - “Lion” 3:3 - VİDEO

Aut.az

"Dedovşina" - VİDEO

Aut/az