Həbsdə olan Azərbaycanlı futbolçu: "Atam birinin başını kəsdi, o birinə də..." - VİDEO

ARB TV-nin "Rezonans” verilişi bu dəfə məhbus Abdulla Xəlilovun həbsxana hekayələrini təqdim edib.
 
Abdulla Xəlilov (cəzası 7 il): "Anam 1 yaşım olanda vəfat etdi. Atam ikinci dəfə evləndi. Futbol həyatımın mənasıdır. Uşaq vaxtı məhlədə polis-bandit oynayanda onları "podyez”ə salıb döyüb deyirdim ki, banditlik etməyin. Polis olmaq istəyirdim. Atamı ilk dəfə Bayıl həbsxanasında görmüşəm. 14-15 yaşım olanda isə Ukraynaya atamın yanına getdim. İlk dəfə narkotiki orada istifadə etdim. Atamın orada düşmənləri var idi. Bir gün pivəxanada oturmuşduq və bunlar gəldi. Söhbətləri uzandığı üçün atam məndən evə gedib bıçağı gətirməyimi istədi. Bıçağı ona verəndə atam birinin başını kəsdi, birinə isə 3-4 dənə soxdu. İkisini də öldürdü. Mən də yerimdə donub qaldım. Atam ondan əvvəl də həbsdə olmuşdu. Bu hadisədən sonra Bakıya qayıtdım. 
 
Bizim "kruq”un pis olduğunu deyirdi, amma qulaq asmırdım. Kaş ona qulaq asardım. Mənim mühitim pis oldu, ona görə dəyişdim. Oğurluq edirdik, qapazı vurub telefonunu, pulunu alırdıq. Bura düşməyim böyük səhvdir. Uşaq həbsxanasında olanda 1 günlük şəhər gəzintim ən unudulmaz anımdır. Futbolçu olmuşam. "Bakı”, "İnter”, "Neftçi” kimi klublarda oynamışam. O günləri yadıma salıb, kaş ki, davam edə bilsəydim, deyirəm. Bir qızı sevirdim. Mənə görə çox problem yaşayıb. Tutulandan bura danışmamışam. Bir dəfə zəng edib səsinə qulaq asıb dəstəyi asmışam. Məktub yazırdım, üzüm gəlmirdi göndərməyə, cırıb atırdım. Çıxandan sonra hərbi xidmətə getmək istəyirəm”.

 
Tarix: 27 Fevral [16:50]
Oxunub: 115 dəfə
Müəllif: Aut.az

DÇ-2018: Portuqaliya - Mərakeş 1:0 - VİDEO

Aut.az

DÇ-2018: Polşa - Seneqal 1:2 - VİDEO

Aut.az

DÇ-2018: Kolumbiya - Yaponiya 1:2 - VİDEO

Aut.az

Cazibədar aparıcı komandası mundialda uğur qazansın deyə elə bir şey etdiki - VİDEO

Aut.az

Messi, yoxsa Ronaldo? - Ərdoğan onu tərifləməkdən doymadı - VİDEO

Aut.az

Dario Frederiko: “Neftçi”yə ona görə gəlmişəm ki...” - VİDEO

Aut.az

DÇ-2018: İsveç - Cənubi Koreya 1:0 - VİDEO

Aut.az

DÇ-2018: Almaniyaya vurulan qol zəlzələyə səbəb oldu - VİDEO

Aut.az

“Neftçi”nin yeni mövsüm üçün ev forması - VİDEO

Aut.az

DÇ-2018: Kosta-Rika - Serbiya 0:1 - VİDEO

Aut.az