Bir hərəkətlə “Qalatasaray”ın TARİXİNƏ KEÇƏN ŞOTLAND - FOTO/VİDEO

Türkiyənin “Qalatasaray” komandasına aid tarixi kuboklar, medallar, forma və fotoların nümayiş olunduğu Qalatasaray Stadion Muzeyinin qapıları nəhayət ki, ziyarətçilərin üzünə açıldı. Muzeyin ilk ziyarətçiləri isə media nümayəndələri oldu.
“Ali Sami Yen” İdman Kompleksində yerləşən muzey martın 1-i saat 10:00-dan tərəfdarlarının üzünə açılacaq.
“Qalatasaray”ın İngiltərənin “Arsenal” klubunu məğlub edərək qazandığı UEFA kuboku və İspaniyanın “Real” komandasına qalib gələrək sahib olduğu UEFA Super Kuboku “sarı-qırmızılar” üçün xüsusi önəm daşıdığından onlara muzeydə ayrı bir yer ayrılıb. 1996-cı ildə Türkiyə kubokunun finalında "Fənərbaxça" üzərində qələbədən sonra "Galatasaray" klubunun baş məşqçisi Qrem Sunessin "Şükrü Saracoğlu"nun mərkəzinə sancdığı bayraq da ayrı bir yerdə olması diqqət çəkir.
Ziyarətçilər kuboklar, medallar, forma və fotolarla tanış olduqdan sonra klubla bağlı qısa film izləyəcəklər.
“Qalatasaray”ın soyunub-geyinmə otaqlarına giriş imkanı verən muzey turunda diqqətçəkici detallar var. “Sarı-qırmızılar”ın soyunub-geyində otağının tam qarşısında yerləşdirilən foto əzəli rəqibi “Fənərbaxça”ya bir mesajdır. “Galatasaray”lı futbolçuların arxa planda qola sevindikləri bir anda “Fənərbaxça”nın qapıçısı və kapitanı Volkan Dəmirəl çökmüş vəziyyətdə görünür.
Klubun başqan köməkçilərindən olan Adil Araboğlu açıqlamasında “Muzeydə o qədər çox şey var ki... “Qalatasaray”ın “Fənərbaxça” ilə komanda qurduğunu bilirdinizmi? Bunu ilk dəfə görəcəksiniz. Uzun illərin işini görəcəksiniz” deyib. Ən son texnologiyalarının da tətbiqi ilə klubun tarixi uğurlarının nümayiş edildiyi muzeydən klub rəhbərliyinin gözlədiyi illik qazanc isə 24 milyon lirədir (təxminən 6,72 milyon dollar – red.). İspaniyanın “Barselona” klubunun stadion muzeyinin ildə təxminən 1,6 milyon ziyarətçisinin olduğunu nəzərə alan “Qalatasaray” rəhbərliyi bunun 50 faizini, yəni 800 min ziyarətçini muzeyə cəlb etməyi planlaşdırır. Bir nəfər muzey və stadion turu üçün 30 lirə ödəməlidir.
Muzeyin ümumi sahəsi 2100 kvadrat metrdir. Burada "Qalatasaray"ın sahib olduğu 2268 kubokdan 768-i nümayiş olunur. 1500 kuboka yer olmadığı üçün onlar muzeydə sərgilənmir.

 

Tarix: 27 Fevral [14:40]
Oxunub: 197 dəfə
Müəllif: Aut.az

"Ağsu" - "Sumqayıt-2" 0:3 - VİDEO

Aut.az

"Neftçi-2" - "Turan Tovuz" 1:0 - VİDEO

Aut.az

"Qarabağ"ın rəqiblərinin duelinə 6 qol - VİDEO

Aut.az

"Fənər"i "dağıtdılar" - VİDEO

Aut.az

"Sportinq" - "Qarabağ" 2:0 - VİDEO

Aut.az

Arvadı futbolçunun xəyanət videosunu paylaşdı - VİDEO

Aut.az

Firdovsi Umudovun 23 il əvvəlki görüntüləri YAYILDI - VİDEO

Aut.az

“Qarabağ”ın Lissabon səfəri - VİDEO

Aut.az

Quliyevdən məhsuldar ötürmə - VİDEO

Aut.az

İlham Əliyev və Ərdoğanın şərəfinə 100 qurban kəsdi - VİDEO

Aut.az