"Qəbələdəki hadisələrindən sonra komandada psixoloji gərginlik var idi"

"Zirə”nin məşqçisi Elnur Çodarov Topaz Premyer Liqasının XVII turund səfərdə "Neftçi” ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransı keçirib. Gənc mütəxəssis öncə matçla bağlı fikirlərini bildirib:
 
- Bilirdik ki, "Neftçi” səfəri çətin olacaq. "Bəzi oyunçularımız zədə, bəziləri isə cəza səbəbindən oynamırdı. Ümumilikdə, Qəbələdəki hadisələrindən sonra komandada psixoloji gərginlik var idi. Həftə ərzində işlədik, çalışdıq ki, yaxşı oyun sərgiləyək. Düşünürəm ki, nəticə bizim üçün yaxşı hesab olunmalıdı.
 
- İkinci hissədəki oyununuz heç-heçəyə oynadığınızı göstərdi. "Qəbələ"nin məğlubiyyətinin buna təsiri oldumu?
- Əsas heyətin bəzi oyunçuları gedib və yenilərin adaptasiyası ləngiyir. Bir neçə oyun lazım idi ki, tam uyğunlaşdılar. "Qəbələ”nin oyununa fikir vermədik. Biz öz oyunumuzu göstərdik. Komandadan razıyam. Məqsədimiz uduzmamaq idi. Deyərdim ki, İlkinin qırmızı vərəqə alması oyunumuza təsir etdi. Onun meydandan qovulmasından sonra müdafiəyə meyilli futbol oynadı.
 
- Texniki zonada ilk dəfə "dirjor” rolunda idiniz. Özünüzü necə hiss edirdiniz?
- Normal. Pis deyildi.
 
- İlkin Muradov qırmızı vərəqə aldığı epizodda yersiz hərəkətlər etdi. Onun cəzalanacağı gözlənilir?
- Təkrara baxacağıq, epizodu analiz etdikdən sonra qərar verəcəyik.(Sport24.az)
Tarix: 24 Fevral [20:50]
Oxunub: 75 dəfə
Müəllif: Aut.az

"Sabah"ın yeni mövsümlə bağlı hazırlıq planı müəyyənləşdi

Aut.az

“Xəzər”in rəhbəri əmanətçilərin 100 milyon manatını götürüb ölkədən qaçdı

Aut.az

Qurbanovun köməkçisi müəyyənləşdi

Aut.az

"Qarabağ" Tunis millisinin futbolçusu ilə danışıqlara başladı

Aut.az

Baqali Dabo "Neftçi"də - Rəsmi

Aut.az

“Neftçi”də yeni müqavilə

Aut.az

“Qarabağ” onunla müqaviləni uzatdı - Rəsmi

Auta.z

“Neftçili Yay Futbol Düşərgəsi” start götürdü

Aut.az

Zidanın başçılıq etdiyi siyahıda Qurban Qurbanov 3 pillə irəlilədi

Aut.az

"Səbail"də yeni imza

Aut.az