Xidməti müqavilələr, şəxsiyyət vəsiqəsi olmadan alınan xarici pasportlar… - “Neftçi”də

Ötən ilin sentyabrından "Neftçi" forması geyən Emin Mahmudovun problem varmış. Rusayada yetişən həmyerlimiz indiyədək şəxsiyyət vəsiqəsi almayıb, milli komandamızda da xarici pasport sayəsində oynayıb.
 
Bu xəbəri futbolçu özü də dünən etiraf edib: “Bu, texniki səbəblərdən yaranmış problemdi. Sentyabrda müqavilə bağlamışam və həmin sənədlərə imza atmışam ki, maliyyə şərtləri ictimaiyyətə açıqlamayacam. Ona görə də deyə bilmərəm ki, mənə nə qədər ödəmə edilib və ya edilməlidi. Klubumuzun yeni rəhbərliyi məsələni öyrənən kimi üstünə ciddi düşdü. Maraqlandılar, özümlə söhbət etdilər və indi mən çox rahatam. Çünki bu insanlara inanıram, görürəm ki, onlar komandaya necə ürəkdən can yandırırlar. Söz veriblər ki, yaxın günlərdə həll olunacaq. Düzdü, üstündən çox keçib, amma keçmiş rəhbərlik də mənə izah etmişdi ki, texniki işlərin görülməsi hansı prosedurlardan asılıdı. İndi bunu necə edəcəklər - öz işləridi, bilirlər”.
 
Bu problem təkcə Emin Mahmudovla bağlı deyil. Arif Daşdəmirov, Ramil Şeydayev, Məhəmməd Mirzəbəyov, Ruslan Qurbanov, Bədavi Hüseynov və başqa milliləşənlərin hamısında eyni problem var. Bu oyunçuların əksəriyyəti yalnız xarici pasporta malikdi, şəxsiyyət vəsiqəsi yoxdu.
 
Bəs, bu oyunçuların şəxsiyyət vəsiqəsi yoxdursa, onlar Premyer Liqada yerli statusla necə oynayır? PFL-dən aldığımız məlumata görə, milli komanda üzvləri ilə bağlı hər hansı problem yoxdu. Onlar millidə oynayırlarsa, avtomatik olaraq, lisenziya almaq hüququna malikdilər. Yəni ki, ölkə klublarında xarici pasporta əsasən də qeydiyyata düşə bilərlər.
 
O zaman bu futbolçular şəxsiyyət vəsiqələri olmadan xarici pasportu necə alıb? Axı, xarici pasport almaq üçün zəruri sənədlərin siyahısında şəxsiyyət vəsiqəsi də var:
Ərizə-Anket (elektron variantını ASAN xidmətin saytından yükləmək olar)
Şəxsiyyət vəsiqəsi (ksero-surəti ilə birlikdə)
Dövlət rüsumunun ödənilməsi barədə qəbz
2 ədəd 3x4 sm. ölçüdə rəngli fotoşəkil
 
Deməli, problem klublarda deyil. Emin Mahmudov “Neftçi”yə gələnə kimi millinin üzvü idi. AFFA-nın ona xarici pasportu necə aldığını araşdırmaq lazımdı. Qanunda bununla bağlı heç bir istisna yoxdu.
 
Məsələyə AFFA tərəfinin də münasibətini öyrənmək istədik. Cəhdlərimiz bəhrə vermədi, lakin yenidən onların üstünə qayıdacağıq. Çünki dəqiqləşdirmə aparmaq lazımdı.
 
Burada 2 variant var: ya həmin oyunçulara şəxsiyyət vəsiqəsi alınıb, amma AFFA-da saxlanılır, sonradan başqa problemlər çıxmaması üçün özlərinə verilmir, ya da hansısa səviyyədə qanun tapdalanıb və kimlərinsə “xüsusi xidmətlər”i sayəsində zəruri sənədlərin hamısı təqdim olunmadan xarici pasport təmin edilib.
 
Amma Mahmudovun şəxsiyyət vəsiqəsinin olmaması variantı daha realdı. Olsaydı, onu bir neçə günlük AFFA-dan alıb, futbolçuya VÖEN almaq üçün istifadə etmək olardı. Deməli, AFFA bu məsələdə qanunu pozub və zəruri sənədləri tədqim etmədən xarici pasport alıb.
 
Əslində, Eminin sentyabrdan bu yana maaş ala bilməməsinin səbəbi başqadı. Ötən ildən klublarda qara mühasibatlıq yığışdırılıb və “Neftçi” də maliyyə baxımından şəffaf işləyən klublar siyahısındadı. Lakin böyük vergi məbləği ödəməmək üçün başqa üsula əl atılır. Emin xarici vətəndaş kimi VÖEN ala bilməz, ona maaş legioner kimi verilsə, 18 faiz vergi haqqı da ödənilməlidi. Amma yerli oyunçularla xidməti müqavilə imzalanır və belədə cəmi 4 faiz vergi ödənilir. Bu səbəbdən Mahmudovun maaşı yubadılıb ki, ona şəxsiyyət vəsiqəsi alınsın və maaşı da 4 faiz vergi ödənilməklə çatdırılsın.
 
Əvvəlki kimi ikili müqavilələr olsaydı, ikinci müqavilələrdə göstərilən kiçik məbləğlərin 18 faizini ödəmək çətin deyildi. Lakin indi bu fırıldaq aradan qaldırılıb və Emin kimi yüksək ödənişli oyunçularda vəziyyət fərqlidi – onlarla xidməti müqavilə bağlandıqda büdcəyə qənaət etmək mümkünləşir. “Neftçi”nin keçmiş rəhbərliyi bu məsələyə barmaqarası yanaşıb və indiki rəhbərlik üçün böyük problem miras qoyublar.(futbolinfo)
 
Vergi oyunları, AFFA-nın xarici passport alarkən işlətdiyi üsul – bunlar hamısı ciddi araşdırma mövzusudu və bu məsələyə qayıdacağıq. Bizi izləyin…
Tarix: 24 Fevral [14:20]
Oxunub: 262 dəfə
Müəllif: Aut.az

"Sabah"ın yeni mövsümlə bağlı hazırlıq planı müəyyənləşdi

Aut.az

“Xəzər”in rəhbəri əmanətçilərin 100 milyon manatını götürüb ölkədən qaçdı

Aut.az

Qurbanovun köməkçisi müəyyənləşdi

Aut.az

"Qarabağ" Tunis millisinin futbolçusu ilə danışıqlara başladı

Aut.az

Baqali Dabo "Neftçi"də - Rəsmi

Aut.az

“Neftçi”də yeni müqavilə

Aut.az

“Qarabağ” onunla müqaviləni uzatdı - Rəsmi

Auta.z

“Neftçili Yay Futbol Düşərgəsi” start götürdü

Aut.az

Zidanın başçılıq etdiyi siyahıda Qurban Qurbanov 3 pillə irəlilədi

Aut.az

"Səbail"də yeni imza

Aut.az