Xrvoe Miliç "Napoli"də

İtaliyanın “Napoli” klubu heyətinə yeni futbolçu cəlb edib.
 
A Seriyasının lideri xorvatiyalı müdafiəçi Hrvoe Miliçlə güclənib. Bu barədə Neapol klubunun rəsmi saytı məlumat yayıb.
 
Qeyd edilir ki, azad agent statusuna malik futbolçu ilə rəsmi müqavilə imzalanıb. Lakin müqavilənin müddəti və maddi detalları barədə açıqlama verilmir.
 
Miliç 2017/18 mövsümünün əvvəlindən Yunanıstanın “Olimpiakos” klubunun şərəfini qoruyurdu. Lakin o, bu komandada az forma şansı qazandığı üçün, müqaviləsini qarşılıq razılıq əsasında pozmağa qərar verib.
 
Xorvatiya yığmasında da oynamış 28 yaşlı müdafiəçi karyerası ərzində “Hayduk” (Split), “Yürqarden”, “İstra”, “Rostov” komandalarında da forma geyinib. Miliç 2016/17 mövsümünü isə İtaliyanın “Fiorentina” klubunda keçirib.

 

 

 
Tarix: 24 Fevral [14:00]
Oxunub: 54 dəfə
Müəllif: Aut.az

Türk futbolçudan xeyirxah addım - FOTOLAR

Aut.az

Nazir təkzib etdi

Aut.az

Türkiyə klubunda yeni baş məşqçi

Aut.az

Avroliqa: 2-ci mərhələnin cütləri

Aut.az

DÇ-2018: Ronaldo 4-cü qolla Portuqaliyanın xalını 4-ə yüksəltdi

Aut.az

UEFA-dan "Qarabağ"la bağlı MÜHÜM QƏRAR

Aut.az

"Real" Ukrayna millisinin üzvünü transfer edir

Aut.az

Ukraynalı azarkeş Rusiyada məhkəmə önünə çıxdı

Aut.az

Sərxoş rus polisi azarkeşlərə hücum etdi

Aut.az

Avropa Liqası: 1-ci təsnifat mərhələsinin bütün cütləri

Aut.az