Futbolda ən savadlı adamlardanam, ancaq...

“Arsenal”ın sabiq futbolçusu Sol Kempbell yüksək futbol savadı olduğunu, ancaq təcrübə azlığına görə iş tapa bilmədiyini deyib.
 
Keçmiş müdafiəçi İngiltərə mətbuatına açıqlamasında özünün futboldakı ən savadlı insanlardan biri olduğunu bildirib:
 
“Oksford” klubu ilə baş məşqçi işiylə bağlı görüşdüm, ancaq qəbul etmədilər. Təcrübəsiz olduğumu dedilər. İş tapa bilməmişəm, necə təcrübə toplayım ki? “Burda nə edirəm?” deyəcəyim bir komandaya da getmək istəmirəm. Səviyyəmi çox aşağı salmamalıyam.
 
Kifayət qədər ağıllıyam. Futboldakı ən savadlı adamlardan biriyəm, ancaq təcrübəm yoxdu deyə, vaxt itirirəm. Almaniyaya baxın, savadlı məşqçilər dərhal iş tapırlar. Bu cür savadım olduğuna görə üzr istəməyəcəm”.
 
Xatırladaq ki, hazırda 43 yaşı olan sabiq müdafiəçi, karyerası ərzində “Arsenal”la yanaşı, “Nyukasl”, “Tottenhem”, “Nots Kaunti” və “Portsmut”da da top qovub. O, 1996-2007-ci illər aralığında İngiltərə millisinin şərəfini qoruyub.
 

 

 
Tarix: 23 Fevral [19:20]
Oxunub: 60 dəfə
Müəllif: Aut.az

DÇ-2018: Kapitan ən yaxşı seçildi

Aut.az

Daha bir klubu dağıldı

Aut.az

DÇ-2018: İsveç qalib gəldi

Aut.az

Aktyor oyuna baxarkən dünyasını dəyişdi

Aut.az

Möhtəşəm qol vurdu, “Niva” hədiyyə etdilər - FOTO

Aut.az

Burak Yılmaz məşhur aktrisa ilə yaxalandı - FOTO

Aut.az

"Dünya çempionatında qrupdan çıxsaq, iki şüşə araq içəcəyəm"

Aut.az

Reynaldo vurdu, Tsxadadze üzüldü

Aut.az

İsveç Cənubi Koreyaya, Belçika Panamaya, İngiltərə Tunisə qarşı - BU GÜN

Aut.az

DÇ-2018: Almaniya Meksikaya uduzdu

Aut.az